Hər iki qardaş ölkənin vətəndaşları bu birliyə sadiq qalmalıdır
Hələ 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın əmri ilə müsəlmanlardan ibarət hərbi ordu yaradılmışdır. Həmin orduya Nuru Paşa rəhbərlik etmişdir. Bu böyük şəxsiyyətlərin adlarını təsadüfi çəkmədim. Aradan bir əsrdən çox zaman keçməsinə baxmayaraq, yenə o ənənə davam edir. Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu, sıx münasibətlər ölkəmizə çox şey vəd edir. Bu münasibətlər hər iki ölkənin siyasi, iqtisadi əlaqələrin qurulmasında, hərbi qüvvələrin ölkəmizlə təmasını da xüsusi qiymətləndirmək lazımdır. Ölkə başçıları, müdaifə nazirləri, arasında təmənnasız hərbi yardım, maliyyə yardımı və bir sıra əməkdaşlıq üzrə sazişlər imzalanmışdır. Bu da ölkərərarası ittifaqın güclənməsi və inkişafı üçün təqdirəlayiqdir.
Cəmiyyətimizin hər bir vətəndaşı-istər müəllim ordusu, istər həkim ordusu, istərsə də sıravi vətəndaşları olsun, hər kəs bu ardıcıllığa sadiq qalmalıdır. Dövlətimizin bu siyasətini, ikitərəfli əlaqələri dəstəkləməli, hər zaman da bu yolda öz bacarıq və səylərini göstərməlidirlər.
Ölkəmizin, Vətənimizin daha inkişafı üçün, Qarabağın tezliklə azadlığı üçün, bu cür addımları önə çəkməli və güclü ordumuzun daha da güclənməsi üçün can-başla xidmətkar olmalıyıq.
Rövşən Atakişiyev,
Xocalı şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
05.09.2020