Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə-Azərbaycan qardaşlığı regionda sabitliyin, iqtisadi inkişafın təminatının etibarlı qarantıdır

05 sentyabr 2020 | 16:00

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Prezident İlham Əliyevin  "Mən dünyada Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq tanımıram" sözlərini təsdiqləyən "bu iki xalq qədər biri-birinə dost, qardaş ola bilməz" sözləri artıq aforizmə çevrilib. Bu yaxınlıq dövlət səviyyəsində, xalqlararası dostluqda, qlobal enerji və nəqliyyat layihələrinin həllində də əksini tapıb.  Dünya siyasətinə təsir imkanları getdikcə artan bu dostluq regionda sabitliyin, iqtisadi inkişafın təminatının da etibarlı qarantıdır.
     Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirələrində daim yanımızda olan Türkiyənin siyasi, mənəvi dəstəyi bu dostluğun əbədiliyinə nümunədir.
     Avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində iyulun 29- dan avqustun 10-dək təlimlərin keçirilməsi Türkiyə-Azərbaycan qardaşlığını göstərən faktlardan biridir. Hərbi təlimlərin keçirilməsi, hər iki dövlətin Dağlıq Qarabağ münaqişəsinin həllində birgə addımları Ermənistan hökümətini ciddi narahat edir.
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliklə bağlı ölkə prezidenti bildirmişdir ki, “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”. Bu fikri söyləməklə ölkə başçısı Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bir daha sübut etmiş oldu.
     Biz inanırıq ki, bu dostluq və qardaşlıq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə öz müsbət töhfəsini verəcəkdir.
    

     Akif Rüstəmov,
     Xocalı rayon sakini
     05.09.2020

Keçidlər