Prezidentimizin Kimya Sənaye Parkının timsalında güclənən Azərbaycanı gördüyünü vurğulaması haqlı bir bənzətmədir
Azərbaycanda müxtəlif sektorların inkişafı ilə bərabər, peşə təhsilinin inkişafı özünü qabarıq göstərməkdədir. Ölkəmizdə ilk dəfə olaraq Sumqayıt şəhərində Kimya Sənaye Parkı nəzdində Peşə Təhsil Mərkəzinin təşkili və təhsilalanların əyani olaraq təchizatlarla təmini buna nümunədir. Peşə təhsil mərkəzi 500 tələbənin təhsili nəzərdə tutulub. 23 tədris otağı, 13 laboratoriya otağı, kitabxana, idman zalı və digər otaqları olan mərkəz müasir dövrün tələblərinə uyğun təşkil edilmişdir.
Beynəlxalq təcrübələrə asaslanan tədris proqramı tələbələrin əyani olaraq təchizatlarla təhsil almasına şərait yaradır. Belə ki, təhsil prossesinin 80%-nin Sənaye müəssisələrində keçirilməsi, prossesdə birbaşa müəssisə mütəxəssislərindən bilik alması mükəmməl kadrların yetişməsinə səbəb olacaq. Bu həm də yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.
Dövlət başçısı İlham Əliyev yaradılan şəraitlə şəxsən tanış olmaq üçün Kimya Sənaye Parkına gəlmişdir. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Sumqayıt Azərbaycanın və Qafqazın ikinci böyük sənaye şəhəridir. Sumqayıtda bu il şüşə istehsalının ölkəmizi yerli şüşə məhsulu ilə təmin edəcəyini vurğuladı. Pandemiyaya görə tənəzzülə uğramış tikinti sektoru da artıq bərpa edilir. Prezidentimiz mümkün olduğu qədər ölkəmizi yerli məhsulla təmin etməliyik deyə tapşırığını verdi.
Son dövrlərdə görülən işlər göstərir ki, artıq yerli məhsullarımız daxili tələbatları ödəməyə başlayıb. İlham Əliyev cənablarının tapşırıqlarından biri də budur : “Əsas işimiz idxaldan asılılığın böyük olduğu sahələrə baxmalıyıq. Əgər əvəzləmək mümkündürsə, bunun üçün xam mal varsa, texniki-iqtisadi əsaslandırma buna imkan verirsə mütləq bu sahələrə diqqət verilməlidir. Bu təşəbbüsü göstərən şirkətlərə rezident statusunu verilməlidir. Eyni zamanda dövlət tərəfindən onlara köməklik göstərilməlidir. Çalışıb idxaldan asılılığımızı azaltmalıyıq.”
Prezidentimizin Kimya Sənaye Parkının timsalında güclənən Azərbaycanı gördüyünü vurğulaması haqlı bir bənzətmədir. Çürüyüb dağılmış binanın artıq modernləşmiş sənaye mərkəzinə çevrilməsi müasir Azərbaycana fayda verməkdədir. Artıq Azərbaycan da əvvəlki dövlət deyildir. Günü-gündən güclənən Azərbaycanın istehsal etdiyi məhsullar artıq brend marka altında dünya bazarında yerini tutmaqdadır.
Hər bir vətəndaş gözəl anlayır ki, Prezident İlham Əliyev sənayeləşməyi əsas prinsiplərindən biri kimi həyata keçirir. Belə olan halda yerli məhsullara tələbat artacaq, qeyri-neft sektorunun inkişafına böyük irəliləyiş baş verəcək. 2020-ci il pandemiya dövrünün bütün dünyada tüğyanı əlbəttə bizdən də kənar keçmədi. Lakin, dövlət başçımızın qabaqcıl tədbirləri sayəsində iqtisadiyyatımız bir çox dövlətlərlə müqayisədə daha az zərər gördü. Belə bir dövrdə Prezidentimizin təşəbbüsü və tapşırığı ilə yaradılan yeni iş yerləri ilk öncə xalqımız tərəfindən alqışla qarşılanır. Xalq çox gözəl bilir ki, iqtisadiyyatın güclənməsi insanların rifahının yaxşılaşması demıkdir. Buna görə də hər zaman Prezidentimizi dəstəkləməkdə davam edəcəyik.
Bəxtiyar ƏHMƏDOV,
Xocalı rayon ziyalısı