Ölkəmizdə qeyri-neft sektorunun inkişafına böyük önəm verilir
Hamıya məlumdur ki, Azərbaycan iqtisadiyyatının əsasını neft və neft sənayesi təşkil edir. Ancaq o da real bir həqiqətdir ki, neft ehtiyatları tükənməz deyildir. Məhz bu amili nəzərə alaraq ölkə Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafına böyük önəm verir. O, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını minimuma endirmək üçün əldə olan bütün resurslardan istifadə edir, hal-hazırki qlobal iqtisadi böhran şəraitinə baxmayaraq bir çox sosial layihələrn həyata keçirilməsinə nail olur. 14 sentyabr 2020-ci il tarixdə ölkə başçısı cənab İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzinin açılışında iştirak edərkən yenə də diqqəti qeyri-neft sektorunun inkişafına yönəltdi. Ölkə Başçısı qeyd etdi ki, ağır pandemiya şəraitində sənaye müəssisələri normal fəaliyyət göstərə bilməsə də Azərbaycan İqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının əhəmiyyətli yeri vardır. Təkcə onu qeyd etmək kifayətdir ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətə başlaması nəticəsində 5500 ölkə vətəndaşı işlə təmin olunmuşdur. Burada istehsal olunan məhsulların xeyli hissəsi xarici ölkələrə ixrac olunur. Bütün bu görülən işlər Azərbaycan xalqının maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Azərbaycan vətəndaşı Respublika Prezidenti cənab İlham Əliyevin apardığı bu siyasəti alqışlayır və hər zaman onun yanındadırlar. Xüsusilə Azərbaycan gənclərinin ölkə başçısı tərəfindən etimad göstərilərək yüksək vəzifələrə təyin edilməsi bütün ölkə vətəndaşları tərəfindən təqdir edilir. Azərbaycan xalqı tam əmindir ki, məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz daha böyük nailiyyətlər əldə edəcək, daha yüksək zirvələr fəth edəcəkdir.
Ramin Salahzadə,
Xocalı rayon gənci