Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə iqtisadiyyatı dinamik inkişaf edir

15 sentyabr 2020 | 16:00

14 sentyabr 2020- ci il tarxinində “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.Açılış zamanı bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.
     Çıxış zamanı ölkə başçısı bildirmişdir ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir.
     Sahibkarlığın inkişaf etdirilməsini və ölkənin yerli məhsullarla təmin edilməsi məsələsini ölkə prezidenti ön plana çəkmişdir. Eyni zamanda xarici investitorların cəlb edilməsi üçün hər cür şəratinin yaradıldığını bildirmişdir. Prezident bildirdi ki, indi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, biz idxaldan asılılığımızı maksimum dərəcədə azaldaq. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır. Gələcəkdə neft yataqlarının tükənə biləcəyini diqqətə çatdıran ölkə başçısı qeyri-neft sektorunun inkişaf etdirilməsi və eyni zamanda dövlət tərəfindən sahibkarlara hər cür dəstəyin göstəriləcəyini bildirdi.
     Ölkə Prezidenti tərəfindən həyata keçirilən bütün tədbirlər xalqımızın sosial rifah halının daha da yüksəldilməsinə xidmət edir. Ölkə də pandemiya şəraitinin olmasına baxmayaraq, həyata keçirilən ardıcıl islahat proqramları ölkə iqtisadiyyatının bu vəziyyətdən daha az itkilərlə çıxmasına şərait yaradacaqdır.

Rafiq Quliyev,
Xocalı rayon sakini

Keçidlər