Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatımızın digər sahələri ilə yanaşı, sənayenin inkişafına da xüsusi önəm verilir

16 sentyabr 2020 | 16:00

"Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəznində Peşə Təhsil Mərkəzinin açılışında dövlət başçısı yaradılan şəraitlə tanış olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov və "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat verib. Bildirib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir.Hər bir avadanlıqla təhçiz olunub. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəsisləri cəlb olunub.
     Qeyd edilib ki, sənayeləşmə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft -qaz amilindən asılılığın daha da azaldılmasıdır.
     Cənab Prezident qeyd edib ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Biz daxili tələbatı nə qədər mümkünsə yerli məhsullar hesabına təmin etməliyik. Bizim neft - qaz yataqlarımız nə vaxtsa tükənəcək. Biz bu boşluğu məhz qeyri-neft sektoru hesabına təmin etməliyik.
     Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Azərbaycanın hər bir bölgəsi ucqar kəndi belə yenilənir, abadlaşır.
     Prezident qeyd edib ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirəm ki , onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə böyük uğurlar əldə edirlər.
     Hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın günü gündən inkişaf etdiyini, gücləndiyini görür. Bu inkişaf cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
     Cənab Prezidentimizin siyasəti nəticəsində biz tezliklə itirilmiş torpaqlarımıza Qarabağa qayıdacayıq. Biz əminik ki, bütün bu çətinliklərdən Azərbaycan xalqı üzüağ çıxacaq və xalqımız hər zaman bu gün olduğu kimi Prezidentinin arxasında sıx birləşəcəkdir. Biz fəxr edirik ki, Azərbaycan kimi dövlətimiz, İlham Əliyev kimi Prezidentimiz var.

Rufiyyə Bayramova,
Xocalı rayon sakini

Keçidlər