Şriftin ölçüsü :

Saytın rəngi :

Uğurlu neft strategiyası

21 sentyabr 2020 | 16:00

Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Azərbaycanda neft sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan çıxan ilk neft fontanı Azərbaycanda “qara qızıl”ın sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildəAzəraycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasılatının yarısını vermişdir.
     İkinci Dünya mübaribəsində faşist Almaniyası üzərində qələbə çalınmasında  Azərbaycan nefti həlledici amillərdən biri olub. Həmin illərdə Azərbaycan neftçiləri keçmiş SSRİ-də ümumilikdə 75 milyon ton neft hasil ediblər. Bunun nəticəsində muharibənin taleyini həll edən hər beş sovet təyyarəsindən, tank və avtomaşınından dördü Azərbaycan neftindən alınmış benzinlə hərəkət edib.
     Bununla belə, Azərbaycan xalqı yalnız 20-ci əsrin sonlarında, müstəqillik qazandıqdan sonra öz sərvətləridən milli mənafeyimizə uyğun tam bəhrələnmək imkanı qazanıb. Bu imkan 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev tərəfindən gerçəkləşdirilib.
     Azərbaycan neft strategiyası çərçivəsində imzalanan ilk saziş Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tutur. Həmin müqavilənin hazırlanması üzrə danışıqlar Bakı, İstanbul və Hyüston şəhərlərində bir ildən çox davam etdirildi və müqavilə 1994-cu ilin sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasilatın pay bölgüsü prinsipinə əsaslanan bu müqavilə 30 il müddətində adı çəkilən yataqlardakı enerji ehtiyatlarının dünyanın 8 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə birgə işlənilməsini nəzərdə tutur. Sonralar həmin saziş “ Əsrin müqaviləsi” adı ilə tarixə düşdü. Bu müqavilə ilə Azərbaycanın yeni neft strategiyasının və bu günkü sürətli inkişafının əsası qoyuldu.
     Bu siyasətin davamını Cənab Prezident İlham Əliyev layiqincə davam etdirir. Bunu Prezidentimiz İlham Əliyev sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviəsi”nin 25 illiyinə və "Neftçilər Günü" munasibətilə keçirilən mərasimdə özünün geniş və əhatəli çıxışında da vurğulayıb. Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir.

İlahə KƏRİMOVA,
Xocalı şəhər 4 saylı tam orta  məktəbin müəllimi

Keçidlər