Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu olmuşdur
19 sentyabr 2020-ci il tarixində cənab Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etmişdir. Cənab Prezident mətbuata “Abşeron” yatağının quraşdırılması, onun əhəmiyyəti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, bu yataq dörd əsas dayaq bloku və digər sualtı qurğulardan təşkil olunacaq. Bu layihəni SOCAR-ın “BOS Self” şirkəti tərəfindən həyata keçirir. Tikinti işlərinə ümumi çəkisi 10000 tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estokadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir.
Cənab Prezident neftçilərimizin peşəkarlığından, onların ağir iş rejimində çalışmalarından danışaraq demişdir: “Mən onların ilk öncə qarşıdan gələn peşə bayramlarını təbrik edirəm. Onlara yeni uğurlar arzulamaq istəyirəm. Neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq olublar. Bu gün də bu belədir və neftçilərin əməyi əsl qəhramanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir.”
Neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu var. Bu gün ölkə iqdisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır. Azərbaycanda neft-qaz ehtiyyatlarından gələn gəlirdən xalqın sosial mənafeinin qorunması üçün istifadə edilir. Ölkə abadlaşır, şəhərlər gözəlləşir, yollar təmir olunur, məktəblər tikilir, xəstəxanalar müasir avadanlıqlarla təmin olunur. Baxmayaraq ki, Azərbaycan müharibə şəraitində yaşayır, həm də COVİD-19 pandemiyasına qarşı uğurla mübarizə aparır, eyni zamanda yüksək inkişaf edir və hər sahədə güclənir. Bu nailiyyətlərə görə isə biz dövlətçiliyimizə, ən başlıcası möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına borcluyuq. Var olsun Xalqımız, Dövlətimiz və cənab Prezidentimiz!
Nailə Bağırova,
Xocalı rayon ziyalısı