Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir
Son vaxtlar dünyada əsasən ölkəmizdə gedən proseslər çox gərgin hal alıb. Ermənistanın, Rusiyanın inanılmaz hərəkətləri insanlarda nifrət hissini daha da coşdurub. Belə ki, hələ sovetlər hakimiyyəti dövründə Ulu öndərimizin Azərbaycandan ayrılandan sonra Rusiya həmişə Ermənistana dəstək olub. Yanvar qırğını, Xocalı faciəsi buna sübutdur. Bu faciələrin hamısı ən çox ruslar tərəfindən törədilib. Rusiya yalandan üzə gülüb, arxadan xristian qardaşına yardım edib. Bu dəstək ermənilərə ruh verib. Son vaxtlar ermənistanın baş naziri N. Paşinyanın ikiüzlü siyasəti bunu bir daha təsdiq edir. O, hər an danışıqları pozur sonra atəşkəs istəyir. Təxribatlar törədir son vaxtlar Suriya və Livandan qanunsuz olaraq erməniləri Qarabağa gətirib orada məskunlaşdırması daha böyük həyasızlıqdır. Hələ qondarma qarabağ respublikasının Şuşada keçirdiyi and içmə mərasimi erməni təxribatının ən ağıla sığmaz nümunəsidir. Orda hərbi təlimlər keçirilir. N.Paşinyanın arvadı guya sülh pərəst insandır, qadınlardan ibarət dəstə yaradıb müharibəyə hazırlaşır. İyul hadisələri göstərər ki, heç də aldıqları torpaqlarla kifayətlənmir, onların iştahası daha böyükdür. Tovuz rayonunun dinc sakinlərinə qarşı müharibə etdilər, ancaq onları vaxtında susdurdu. Nə qədər şəhid verdik günahsız. Yenə ATƏT-in minsk qrupu sədrləri də təsdiq etdi ki, təcavüzü ermənilər edib. Hələ bu azmış kimi Rusiyadan, Serbiyadan silah göndərilir. Gürcüstan dövləti bu işə qarışmadığı üçün biz onlarla qürur duyuruq. Ermənilər Şuşada müsəlman abidələrini dağıdır. Hər cür pisliyə əl atırlar. Biz buna yol vermərik. Möhtərəm rəhbərimiz müsəlamn dövlətləri ilə İslam Əməkdaşlıq Şurasının yaradılmasında möhüm işlər görüb. O, bütün müsəlman dövlətlərinə bildirir ki, erməniləri təcavüzkar kimi pisləsinlər. Müsəlmanlar bizi dəstəkləyirlər. Türkiyə, Pakistan bizim can qardaşımızdır. Böyük qardaşımız Türkiyə hər an bizim yanımızdadır. Biz “bir millət 2 dövlətik". Onların dəstəyi bizə güc verir. Arzu edirik ki, bu dostluq bizə uğur gətirsin. Türk-müsəlman dünyası hər an zəfər çalsın! Qarabağ əsil sakinlərinə qovuşsun!
Nataliya Yusifova,
Xocalı rayon ziyalısı