Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz torpaqlarımızı işğaldan azad edəcək

27 sentyabr 2020 | 16:00

Sirr deyildir ki, dünya ictimaiyyəti 30 ildir ki, Qarabağ məsələsində bir tərəfli mövqe tutur. Hörmətli Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında açıq-aydın birldirdi ki, 30 ildir ki, Ermənistan danışıqları səmərəsiz şəkildə uzadır. Bununla vaxt qazanıb işğal etdiyi ərazilərdə yenidən məskunlaşdırmaq ilə məşğul olur.
     BMT-nin 4 qətnaməsi var ki, bu kağız üzərində qalır. Səmərəli addım atmalı olan ATƏT-in Minsk qrupu həmsədrləri heç bir iş görmürlər və məsələni uzatmaqla Ermənistanın işğal etdikləri torpaqlarda qalmaqlarını təmin edirlər.
     Prezident  İlham Əliyev xatırladır ki, beynəlxalq təşkilatlar lazım olanda BMT-nin qətnamələrini məhkəmə qurmamış yerinə yetirirlər. Əfsuslar olsun ki, Qarabağ münaqişəsində bu qərarlar yerinə yetirilmir. Azərbaycan torpaqları bütövlüyü qorunsa da, 30 ildə ciddi bir iş görmürlər. Qətnamələrin qərarları heç biri yerinə yetirilmir, kağız üzərində qalır və qalmaqda davam edir. 
     2016-cı ilin aprel hadisələrində görəndə ki, Azərbaycan ordusu 90-cı illərin ordusu deyil, özünü və torpaqlarını qoruya bilir, dərhal atəşkəs və sülh yada düşür. Yenə 4 ilə yaxındır ki, Minsk qrupu öz səmərəsiz fəaliyyətini ilə davam etdirir, Azərbaycanın başını qatmaqla məşğul olur. Son Tovuz hadisələri göstərdiki havadarları və onlardan güc olan Ermənistan yeni Azərbaycan torpaqlarını işğal etmək planlarından imtina etməyib. Əvəzində yeni işğallarla torpaqlarımızı xarabalığa çevirmək arzusundadır.
     Cənab İlham Əliyev bir daha son günlərdə baş verənlərdən ermənilərin günahkar olduqların diqqətə çəkmişdir.
     Artıq bu  şovinizmə işğalçılığa dur demək vaxtı çatmışdır.
     İnanırıq ki, Ordumuz düşmənə layiqli cavablar verəcək. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz torpaqlarımızı işğaldan azad edəcək.

Elmira Nəsirova,
Xocalı rayonundan şəhid ailəsi

Keçidlər