Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız mənfur, məkrli və iyrənc bir düşmənlə üz-üzədir

28 sentyabr 2020 | 16:00

2020-ci ilin 27 sentyabr günü bir daha sübut etdi ki, xalqımız necə bir mənfur, məkrli və iyrənc bir düşmənlə üz-üzədir. 30 ilə yaxındır ki, dədə-baba torpaqlarımızı işğal altında saxlayan, bir milyondan artıq vətəndaşımızı didərgin vəziyyətinə salan, dünya birliyinin laqeyd münasibətindən ruhlanan murdar erməni quldur dövləti ölkəmizin yeni ərazilərini işğal etmək niyyətinə düşərək qoşunların təmas xəttində ordumuzun mövqelərini ağır artilleriyadan istifadə etməklə atəşə tutmuşlar.            
     Tarixən bir ölkənin müstəqilliyinə, onun ərazi bütövliyinə hər hansı bir təhlükə yarandıqda həmin ölkədə bütün umu-küsülər kənara qoyulur, əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər kəs eyni hədəfə vurmağa çalışır. Hazırkı durumda ölkəmizdə də "Öncə Vətəndir" düşüncəsinə hakim olan siyasi partiyaların böyük əksəriyyəti bütün siyasi ambisiyalarını kənara qoyaraq ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin yanında olmaları, ona hərtərəfli dəstək verəcəkləri haqqında memorandum imzalamışlar. Ancaq təəssüflər olsun ki, daim ölkədə pozuculuq fəaliyyətinin başında gələn AXC-Musavat cütlüyü bu ağır zamanda da öz siyasi ambisiyalarından əl çəkməyərək bu memoranduma imza atmaqdan imtina etdilər. Onlar bir şeyi unudurlar ki, bu gün düşdüyümüz acınacaqlı vəziyyət, yəni torpaqların işğala məruz qalması, onların səriştəsiz hakimiyyətlərinin "əl işləri", "sənət əsərləridir". Məhz onların satqınlığının, mənəm-mənəmliyinin nəticəsində torpaqlarımız işğala məruz qaldı. 27 ildir ki, Azərbaycan hakimiyyəti onların yol verdikləri bu xəyanətin aradan qaldırılması üçün yollar axtarır. Onlar Azərbaycan xalqının başına gətirdikləri bu müsibətlərdən utanmaq, nəticə çıxarmaq əvəzinə, yenə də öz xəyanətkar xislətlərinə sadiq qalaraq bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tale yüklü bir məsələdə yenə də öz xırda, cılız ambisiyalarından əl çəkmədilər. Azərbaycan xalqı Əli Kərimli, İsa Qəmbər kimi 5-ci kalona xidmət edən milli satqınların Vətənin ağır günlərində etdikləri bu xəyanəti heç vaxt unutmayacaqdır. Onlar bir məqamı unutmamalıdırlar ki, Azərbaycan xalqı, ölkə Prezidenti cənab İlham Əliyevin təbirincə desək, onları tarixin zibilliyinə atacaqdır. Çünki, xalqımız olduqca müdrik xalqdır. Hər zaman yaxşının yaxşı, pisinsə pis qiymətini verməyi bacarır.                      
 
  Ələddin Əhmədov,                
  Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi

Keçidlər