Şriftin ölçüsü :

Saytın rəngi :

Əmr elə Ali Baş Komandan, biz əmrə müntəzirik

30 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali  Baş Komandanı cənab İlham Əliyev 25 sentyabr 2020-ci il tarixdə azərbaycan xalqına müraciət etdi. Müraciətdə cənab Prezident erməni işğalı altında inləyən dədə-baba yurdlarımızın işğaldan azad edilməsi üçün bir yumruq kimi sıx birləşərək erməni vandallarını torpaqlarımızdan qovub çıxarmağı tövsiyə etdi. O, öz çıxışlarında bütün beynəlxalq təşkilatları, dünya ictimaiyyətini xəbərdar etdi ki, azərbaycan xalqının öz torpaqlarına sahib çıxması üçün lazım gələrsə bir gün silaha sarılıb döyüş meydanına girəcəyi labüddür. Prezidentin xalqa müraciətindən sonra cinsindən, yaşından, milliyətindən asılı olmayaraq bütün azərbaycan vətəndaşları ön cəbhəyə yollanmaq və mənfur düşməni torpaqlarımızdan qovub çıxarmaq arzusunda və əzmində olduqlarını bildirdi. Artıq azərbaycan 90-cı illərin pərakəndə silahlı dəstələrinə deyil, nizami orduya malik olduğunu sübut etdi. Ulu Öndərin siyasi davamçısı Ali Baş Komandan İlham Əliyevin uzaqgörən ağıllı, tədbirli fəaliyyəti nəticəsində silahlı qüvvələrimizin bölmələri müzəffər yürüşlə torpaqlarımızı mənfur düşməndən azad etməkdə davam edir. Artıq Cəbrayıl və Füzuli rayonlarının bir neçə kəndi və onların ətrafındakı strateji cəhətdən mühüm əhəmiyyətə malik ərazilər mənfur düşmənin işğalından azad edilmiş və qoşunlarımız uğurla döyüşərək növbəti torpaqlarımızı azad etmək üçün irəliləyir. Azərbaycanın ən hündür nöqtəsi olan Murovdağ yüksəkliyi artıq qoşunlarımızın tam nəzarətindədir. Buradan qoşunlarımız Ağdərə-Kəlbəcər-Ermənistan yolunu yüz faiz nəzarətdə saxlayacaq. Demək olar ki, bu ərazilər də azərbaycan əsgərinin zəfər yürüşünün fəthinə çevriləcəkdir. Ordumuzun bu cür qələbələrə imza atması Ali Baş Komandan İlham Əliyevin ermənistan və dünya ictimaiyyəti qarşısında Qarabağ Azərbaycandır!  ifadəsi artıq öz təsdiqini tapdı. Var olsun Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev! Azərbaycan var olsun! Düşmənləri xar olsun! Dostlara Allah yar olsun!     
        
İmran Quliyev,
Xocalı rayonundan şəhid ailəsi

Keçidlər