Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan öz ərazi bütövlüyü uğrunda döyüşür

02 oktyabr 2020 | 16:00

İllərdir Qarabağın əsil sahibi olan Azərbaycan xalqı doğma yurdlarının həsrəti ilə yaşayırdılar. Artıq demək olar ki,  gözlənilən o an gəlib çatmışdır. Bu müjdəli xəbərin ilk carçısı Aprel Döyüşləri olmuşdur. Həmin anda Azərbaycan gənclərinin necə cəsur olduğu, xalqımızın orduya necə inandığının şahidi olduq. Nəhayət iyulda Tovuzun müdafiəsi artıq irəli addım atmağın vaxtı olduğunu göstərirdi. Çünki azğın erməni dığaları doymaq bilmir, yeni torpaq iddiasına cəhd edirdilər. Tovuzu işğal edib neft-qaz kəmərini ələkeçirə biləcəklərini zənn ediblər. Zənn edirlərmiş ki,  illərdir bunları sülhə çağırmağımızın səbəbi qorxmağımızdır. Əsl səbəb isə sülhsevər olmağımız idi. Dəfələrlə Dövlət Başçımız İlham Əliyevin sülh danışıqlarına şərt irəli sürərək Qarabağda qondarma “Arsax “ dövləti qurmağa cəhd etdilər. Sonda isə sərsəmləyən Paşenyan Qarabağ Ermənistandır kəlməsini də işlətdi.  Halbuki dünyanın gözü önündə  Prezidentimiz İlham Əliyev cənablarının kəsərli sözlərinə tab gətirməyərək Qarabağ Azərbaycandır demişdir. Belə olanda atalarımız “dil çaşar düzünü deyər” ifadəsi işlətmişdir.
     Nəhayət Sentyabrın 27-də erməni faşizmi Azərbaycanın cəbhə boyu dinc əhalisini iriçaplı mərmilərdən atəşə tutmağa başladı. Buna Azərbaycan tərəfi cavabsız dura bilməzdi. Ali Baş Komandanın bir əmri ilə bölgələrimizi qorumaq üçün əks hücum həmləsi həyata keçirildi.  Qısa bir müddət ərzində bir neçə kəndlərimiz düşmənin işğalından azad edildi. Bu döyüşlərdə erməni əsgərlərini sözün əsl mənasında əzən əsgərlərimiz qarşısında tab gətirməyən düşmən geri çəkilmək, qaçmaq məcburiyyətində qaldı. Davam edən döyüşlərdə Azərbaycanın əsgərlərindən yaralananlar tibb məntəqələrində həkimlərimiz tərəfindən ciddi şəkildə qayğı ilə müalicə olunurlar.
     Dövlət başçısı İlham Əliyev cənabları xanımı Mehriban Əliyeva və Müdafiə Naziri Zakir Həsənov ilə birgə 30 sentyabır tarixində döyüşlərdə yaralanan hərbçilərimizi şəxsən görmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına gəlmişdir. Dövlətimizin başçısı həmin görüşdə münaqişə ilə bağlı bir sıra məsələlərə toxunmuşdur. İlk öncə yaralılara şəfa diləyən Prezidentimiz Həkimlərin onlara yaxşı baxdıqlarını, tez bir zamanda sağlamlıqlarına qovuşması üçün əllərindən gələni etdiklərini bildirmişdir. İlham Əliyev cənabları qeyd etmişdir ki, mənə məlumat çatıb ki, sizin arzunuz tezliklə sağalıb xidməti yerlərinizə qayıtmaqdır.
     Prezidentimiz bildirdi ki, bizim davamız haqlı davadır, biz öz torpaqlarımızda döyüşürük, ermənilər isə başqa torpaqda, bizim torpaqda. Azərbaycan öz ərazi bütövlüyü uğrunda döyüşür. Uzun illərdir məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.
     Azərbaycanda Dövlət Başçısının göstərişi ilə Şəhid ailələrinə dövlət qayğılarını hər birimiz bilirik. Şəhid ailələrinin evlərlə təmin olunmasını , bu il də 1500-dən çox şəhid  ailəsinin evlə təmin olunacağını bildirən Prezidentimiz qeyd etdi :biz bu gün də şəhid veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizərəhmət eləsin, Allah onların ailələrinə , yaxınlarına səbr versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir.
     İlham Əliyev cənabları yaralılara bildirmişdir ki, dövlətimiz sizin də qayğınıza qalacaq və həkimlərimiz əllərindən gələni edəcəklər ki, sağlamlığınıza qovuşasınız. Dövlət başçısı İlham Əliyev cənabları bildirmişdir ki, Azərbaycan əsgəri haqq yolunda vuruşmuş, siz haqq yolunda yaralanmısınız, erməni əsgərləri isə işğalçılıq üçün vuruşmuşlar. Fərq bundadır. Dövlət başçımız bir daha erməni əsgərlərinin rəhbərlərinin girovuna çevrildiyini vurğulamışdır. İlham Əliyev cənabları görüşdə qeyd etdi ki, biz erməni işğalçıları ilə mübarizə aparırıq.Bu mübarizədə əsgərlərimizin uğurlu ələliyyatından danışan Dövlət başçısı strateji yüksəkliklərin, eləcə də müəyyən ərazilərin düşməndən təmizləndiyinibildirdi. Dövlət başçımız yaralanmış əsgərlərə təşəkkür edərək onların göstərdiyi sücaəti bir daha vurğuladı.
     Tək- tək yaralanmış hərbçilərlə əl sıxıb görüşən Prezidentimizi televiziya kanallarından izlədikcə iftixar hissi keçirməmək əldə deyil. Bu gün milli mənsubiyyətindən, cinsindən, partiya mənsubluğundan asılı olmayaraq,  böyüyündən-kiçiyinə  hamı İlham Əliyevin ətrafında sıx birləşib, həmrəylik nümayiş etdirir. Bu gün hər kəs bilir ki, Prezidentimizin uğurlu siyasətidir ki, dünya Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tanıyır. Hər kəs yaxşı başa düşür ki,  Azərbaycan ordusu artıq Qarabağı azad eəcək. Buna hər birimiz inanırıq. Fikrimi İlham Əliyev cənablarının sözü ilə yekunlaşdırmaq istəyirəm.  Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun çıxsın  torpaqlarımızdan! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bəxtiyar Əhmədov,
Xocalı rayon ziyalısı

Keçidlər