Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev haqq savaşımızı bütün dünyaya çatdırır

02 oktyabr 2020 | 16:00

Prezident İlham Əliyev Əl-Cəzirə televiziysına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycana qarşı 28 ildir ki, işğalçılıq siyasətini həyata keçirərək torpaqlarımızı işğal altında saxlayır. Biz həmişə sülh danışıqlarına sadiq ölkə olaraq bu məsələnin Beynəlxalq hüquq və normaları çərçivəsində həll edilməsinin tərəfdarı olmuşuq. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı BMT-nin qətnaməsi hələ də icra edilməmişdir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir səmərə verməmişdir. Ermənistan tərəfi Beynəlxalq hüquq və normaları pozaraq Azərbaycana qarşı dəfələrlə təxribatlar törətmişdirlər. İşğal edilmiş ərazilərimizə Livandan, Suriyadan və digər yerlərdə yaşayan ermənilərin köçürülməsi, həmin ərazilərdə yeni yolların çəkilişi, eyni zamanda bir il bundan öncə Paşinyanın “Qarabağ Ermənistandır” deməsi bu ölkənin danışıqlar prosesinin üzərindən xətt çəkdiyini göstərir. Erməni silahlı dəstələrinin iyulun 12-də Azərbaycana qarşı təxribat hücumlarının baş verməsi, bunun isə ardınca Tovuzun və yaşayış kəndlərinin erməni silahlı qüvvələri tərəfindən hücumlar edilərək artilleriyaya məruz qalması onların danışıqlar prosesindən nə qədər uzaq olduğunu göstərir. Mən dəfələrlə bildirmişəm ki, Ermənistan tərəfi yenidən müharibəyə hazırlaşır. Onların bütün cəbhə boyunca ordu və zirehli texnikalardan istifadə edərək əlavə qüvvə yığmaları, ələ keçirilən erməni diversiya qrupunun verdiyi ifadə bunu deməyə əsas verir. Təssüflər olsun ki, heç bir Beynəlxalq Təşkilatlar, ATƏT Ermənistana təyziq mexanizmini işə salmadılar. Sentyabrın 27-si səhər saatlarından başlayaraq erməni silahlı qüvvələri yenidən silahlardan, ağır texnikalardan, artilleriya qurğularından istifadə edərək yaşayış məntəqələrini, mülki insanları hədəfə aldılar. Buna cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatı həyata keçirdilər. Biz öz torpaqlarımızda döyüşürük. Ermənistan öz yanlış siyasətinin cəzasını çəkir. Biz bütün işğal altında olan torpaqlarımızı geri qaytarıb, tarixi adlarımızı bərpa edərək, öz yerlərindən didərgin düşmüş soydaşlarımızı öz doğma yurdlarına qaytaracağıq.

Rafiq Quliyev,
Xocalı rayon ziyalısı

Keçidlər