Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik
Möhtərəm Prezident, Cənab Ali Baş Komandan, Sizin apardığınız uğurlu siyasət hər bir azərbaycanlının qəlbindən heç bir zaman silinməyəcək. Hörmətli Prezident, Sizin hər bir çıxışınızı ürəkdən sevə-sevə dinləyirik. Cənab Ali Baş Komandan, Sizin “Əl-Cəzirə” və “Əl-Ərəbiyə” kanallarından olan jurnalistlərə verdiyiniz müsahibə hər birimizi qürurlandıraraq, Dövlətçiliyimizi canımızdan əziz tutmağımıza tam əsas verir. Düşmənin bizə qarşı apardığı terrorçuluq siyasətini, vandallığını kanal aparıcılarına Cənab Prezidentimiz ətraflı çatdırdı.
Hörmətli Prezidentimiz onu da qeyd etdi ki, Biz düşməndən öz ata-baba yurdumuzu azad edirik. Bizim işimiz haqq işidir, bizim heç bir dövlətin torpağında gözümüz yoxdur. Biz həmişə sülh tərəfdaşı olmuşuq. Azğınlaşan düşmən yalan vədlər verməsinə baxmayaraq təxribat əməllərindən əl çəkmədi.
Bizim əsgərlərimiz mülki əhaliyə güllə atmır, buna baxmayaraq düşmən qüvvələri əksər rayonlarımızı və mülki vətəndaşlarımızı hədəfə alırlar. Düşmən öz havadarlarına arxalanaraq cəbhə xəttindən uzaq məsafələrdə olan şəhərlərimiz ağır artilleriyadan atəşə məruz qalır. Buna baxmayaraq, hər bir vətəndaş öz evində yaşayaraq, işğaldan azad olunmuş Cəbrayıl rayonumuzun, kəndlərimizin azad olunma sevincini yaşayırlar.
Düşmən cəbhədə ordumuzun qarşısında tab gətirə bilmədiyindən arxaya qaçaraq özləri arasında atışma baş verir. Öz günahlarını bizlərdə görməyə çalışırlar. Prezidentimiz bu yalanları jurnalistlərə doğru və düzgün çatdırdı. Hörmətli Prezidentimiz Cənab İlham Əliyev onu da qeyd etdi ki, düşmən tarixən başqalarının himayəsində yaşayıb. Ona görə də onlarda qürur olmayıb, olmayacaq.
Cənab Prezident, Hörmətli Ali Baş Komandan bildirmək istəyirik ki, Sizin çıxışlarınızdan qürurlanaraq, Vətənimiz naminə hər birimiz əsgər olaraq, ətrafınızda sıx birləşərək, düşmənə zərbə vurmağa hazırıq.
Var olsun Şanlı Ordumuz! Cənab Prezidentimiz, Allah Sizi Qorusun! Sizinlə Azərbaycan xalqı qürur duyur.
Tahir Həsənov,
Xocalı rayon ziyalısı