Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar atəşkəsi pozan ermənilər yaşayış yerlərini atəşə tuturlar

12 oktyabr 2020 | 16:00

     Azərbaycan tarixi geniş və əhatli bir dövlətdir. Onun keçmişi və bu günü buna bir daha sübutdur. Vətən əzilməz, Vətən bölünməzdir. Onun hər bir parçası xalqı, milləti üçün çox dəyərlidir. Xalqın cəfakeşdir, vətənpərvərdir, hər bir ölkədə, dövlətdə səni böyük fəxrlə təmsil edir, ərazi bütövlüyün üçün canını fəda verir, Azərbaycan!

     Mən Vətən aşiqiyəm, onun üçün canımı, qanımı sipər etməyə hazıram. Vətənimizin ön cəbhəsi igid əsgərlərdən, qorxmaz qəhrəmanlardan, arxa cəbhəsi isə onların qayğısına qalan müəllimlərdən, həkimlərdən, analardan, bacılardan ibarətdir. Biz hamımız Vətən üçün, torpaq üçün yaşayırıq və yaradırıq. O torpaq daim bizimlə fəxr edəcək. Vətənim bölünməzdir və bütövdür. Baxmayaraq ki, vəhşi erməni vandalları 1990-1993–cü illərdə vəhşicəsinə, bir sözlə adlarına yaraşacaq formada Vətənimizin bir hissəsini oğurladı, talan etdi. Hətta utanmadan bütün dünyaya belə, “Qarabağ bizimdir” deyə car çəkməyə çalışdı. Bütün kirli əməllərin icraçısına çevrildi, yetər ki, istəyinə nail olsun. Amma hər zamanki kimi ədalət öz işini gördü və bu gündə yaşadığımız “Vətən müharibəsi” buna bariz nümunədir. Biz bu gün öz Qarabağımızın yenidən bütövlüyünün bərpası üçün döyüşürük.
     Azərbaycan Respublikasının Ali Baş Komandanı, İlham Əliyevin mübarizliyi, əzmkarlığı bizə qol-qanad oldu. Cənab Prezident hər zaman qanunla, qayda ilə iş görür. Çalışır ki, qan tökülməsin, günahsız insanlar ölməsin. O, yenə də həmin fikirlərini qoruyub saxlayır.
     Sentyabr ayı, 2020-ci il Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixidir. Yəni biz artıq 30 ili arxada qoyub öz evimizi azad etmək üçün mübarizə aparırıq. Bizə lazım olan yalnız öz torpağımızdır. İnşallah onu da başda Ali Baş Komandan olmaqla geri alacağıq. Biz o qədər humanist bir ölkəyik ki, çalışır heç kəs ziyan çəkməsin. Belə ki, müharibənin qızğın dönəmində humanitar atəşkəs elan olundu. Hansı ki, belə anda bütün silahlar, artilleriyyalar susur. Amma təəssüf ki, bu qanuna yenə də əməl edən yalnız biz olduq. Erməni xisləti yenə özünü göstərdi. Atəşkəsin elan olunduğu vaxtda Xocalıda etdiyini Gəncəyə törətdi. Günahsız insanlar vəfat etdi. Tələflərə səbəb oldu. Neçə - neçə körpə atasız-anasız qaldı. İnsanların evləri başlarına uçdu, həyatları darmadağın oldu. Bu erməni vəhşiliyinin bariz nümunəsidir. Bütün dünya onların maskalanmış sifətinin əsas rəngini gördü. Yəni ədalətin kimdə olduğu açıq-aşkar göründü.
     “İgidlər ölməz, Vətən bölünməz”. Yurdu uğrunda şəhid olan əsgərin qanı halaldır. O qan nahaq yerə deyil, öz torpağı uğrunda axır. Dağılan evlər yenə tikiləcək, ağlayan körpələr yenə güləcək, ürəklər yenidən rahat döyünəcək. Yetər ki, sən var ol, yaşa Vətən!

Ülviyyə Əhmədova,
Xocalı şəhər sakini

Keçidlər