Şriftin ölçüsü :

Saytın rəngi :

ERMƏNİ ŞƏR VƏ BÖHTANLARININ DÜNYA SİYASİ ARENASINDA VƏ DÖYÜŞ MEYDANLARINDA İFŞASI

13 oktyabr 2020 | 16:00

Dünyada mövcud olan erməni diaspor təşkilatları daim Azərbaycanın əleyhinə təbliğat işi aparmışlar. Ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan torpaqlarını qondarma qurum yaratmaq adı ilə işğal edən ermənilər bu torpaqlarda minilliklərlə yaşadıqları barədə yalanlar uyduraraq bu yalanları dünya icitimaiyyətinə sırımaq istəyirdilər. Lakin onlar unudurdu ki, 1978-ci ildə ilk erməni ailəsinin Qarabağa gəlməsinin 150 illiyi şərəfinə ucaldılan abidə bunu inkar edəcək. 1991-ci ildə həmin abidəni dağıtmağa macal tapmayan ermənilər onun üz hissəsini kərpiclə hörərək örtmüşlər. Azərbaycanlı tarixçilər işə qarışdıqdan sonra xarici tədqiqatçıların iştirakı ilə ermənilərin bu yalanı da ifşa edilmişdir.
      ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayədarlığı ilə Ermənistan atəşkəs rejimini saxlamağı özlərinə uduş kimi qəbul edirdilər. Beynəlxalq təşkilatların münaqişəni nizamlamaq cəhdi yaxınlaşdıqda ermənilər hakimiyyət dəyişikliyindən, yaxud başqa vasitələrdən istifadə edərək guya vaxt qazanırdılar. Həmsədrlərin iştirakı ilə imzalanan status-kvo məsələnin həllində heç bir rol oynamamışdır. Ermənistanın Dağlıq Qarabağda mövcud olan separatçı rejimi tərəf kimi danışıqlara cəlb etmək təklifi beynəlxalq qanunlara hörmətlə yanaşan dövlətlər tərəfindən rədd edilmişdir. Bu müddət ərzində Azərbaycan beynəlxalq qanunlar çərçivəsindən kənara çıxmamaq şərti ilə, ərazi bütövlüyünün toxunulmazlığı təmin olunmaqla bütün danışıqlara getmişdir. Ulu öndərin siyasi varisi və davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin ölkə iqtisadiyyatının güclənməsinə, ordu quruculuğuna göstərdiyi səy öz bəhrəsini verdi. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyət, texnika və silah baxımından dünyanın aparıcı silahlı qüvvələrindən heç də geridə qalmamaq şərti ilə inkişaf etdi. Həmin silahlı qüvvələrimiz 27 sentyabrdan əks-hücum əməliyyatı keçirərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edir. Yaxın günlərdə Cıdır düzü, Şuşa yaylaları, axarlı-baxarlı Laçın yaylaqları, yeraltı sərvəti, mineral sualrı ilə zəngin olan Kəlbəcər xilaskar ordumuzu qarşılayacaq. Yaşasın Azırbaycan Silahlı Qüvvələri! Var olsun Ali Baş Komandan İlham Əliyev! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı! Qarabağ Azərbaycandır!
Sovet Allahverdiyev,
Xocalı rayon ağsaqqalı

Keçidlər