Biz düşməni bütün torpaqlarımız işğaldan azad edilənədək qovacağıq
Ümumilikdə nəzər salsaq görərik ki, 2020-ci il bötövlükdə özünün gərgin atmosferi ilə digər illərdən nəzərə çarpacaq qədər seçilir. Bu ilin başlanğıcında koronavirus infeksiyasına qarşı mübarizə aparan Azərbaycan, ilin sonuna yaxın koronavirusdan da təhlükəli bir virusla- mənfur erməni virusu ilə - mübarizə aparmaq məcburiyyətində qaldı.Təxminən bir qərinəyə yaxın müddətdə əbədi və əzəli Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni virusları cəzasızlıqdan istifadə edərək yeni ərazilərimizi işğal etmək niyyətilə 27 sentyabr 2020-ci il tarixdə bütün təmas xətti boyu hücuma keçdi. Azərbaycan ordusu əks hücum həmləsi ilə düşməni geri oturtdu və bu qorxulu virusdan birdəfəlik qurtarmaq üçün mənfur düşməni müqəddəs torpaqlarımızdan qovmağa başladı. Quldur erməni rejimi öz ənənəsinə sadiq qalaraq yenə də dünya ictimaiyyəti qarşısında haray-həşir salmağa başladı ki, Azərbaycanı durdurun, durdurmasanız vəziyyət ağır olacaqdır. Belə olan təqdirdə ölkəmiz daha bir cəbhədə mübarizə aparmaq zorunda qaldı. Bu informasiya cəbhəsində aparılan mübarizə idi. Həmin mübarizədə Azərbaycanın kütləvi informasiya vasitələri ilə bərabər ölkə Başçısı cənab İlham Əliyev də özünün dərin zəkası, siyasi uzaqgörənliyi və dəmir məntiqi ilə yorulmadan öndə gedir.
Ali Baş Komandan sentyabr ayının 20-də mövcud vəziyyətlə əlaqədar Rusiyanın məşhur TAS informasiya agentliyinə verdiyi müsahibəsində bir daha erməni faşistlərinin əməlləri haqqında ətraflı məlumat verdi. O, agentliyin əməkdaşının bütün suallarını məntiqli və sərrast şəkildə cavablandıraraq mövcud situasiyanı bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı.
Ölkə Başçısı bir daha vurğuladı ki, döyüş meydanında məğlubiyyətə düçar olan erməni faşistləri müharibə bölgəsindən onlarla kilometr uzaqlıqda olan yaşayış məntəqələrimizə ballastik raketlərlə zərbələr endirir, dinc əhalimizi qətlə yetirir, müharibə cinayətləri işləyirlər. Bu faşistlər 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayan quldur erməni dövləti bütün zamanlarda danışıqlar prosesini pozur, nəyin bahasına olursa-olsun, ərazilərimizi işğal altında saxlamağa çalışırdı. Əlbəttə, Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışa bilməzdi. Ali Baş Komandan bir daha vurğuladı ki, bizim heç bir ölkənin, o cümlədən Ermənistanın ərazisində gözümüz yoxdur. Bizim məqsədimiz yalnız ermənilər tərəfindən işğal olunmuş, 30 ildir ki, işğal altında olan torpaqlarımızı azad etməkdən ibarətdir. Biz düşməni torpaqlarımızdan qovmaqda israrlıyıq və bu işi bütün torpaqlarımız işğaldan azad edilənədək davam etdirəcəyik. Cənab İlham Əliyev onu da vurğuladı ki, biz daim sühsevərlik nümunəsi göstərmişik. Bunu işğala məruz qalmağımıza baxmayaraq 30 ilə yaxın apardığımız sülh danışıqları da sübut edir. Amma nə yazıq ki, qarşı tərəf daim bizim bu xoş niyyətimizdən sui-istifadə etmişdir. Artıq başqa yol yoxdur. Torpaqlarımızı işğaldan azad etməliyik. İstənilən vaxt atəşi dayandıra bilərik. Yalnız bir şərtlə. Erməni qoşunları qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidir. Biz Ali Baş Komandanımıza inanırıq. Tezliklə bütün ərazilərimiz işğaldan azad ediləcək. Qarabağ Azərbaycandır!
Nəsibə Quliyeva,
Xocalı rayon sakini, Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi, Qarabağ əlili.