Şriftin ölçüsü :

Saytın rəngi :

Biz birlikdə qələbə çalacağıq

26 oktyabr 2020 | 16:00

Biz bu gün gələcəkdə övladlarımıza qürurla danışacağımız şanlı bir tarixin şahidi oluruq. Düşmən təxribatının qarşısını almaqla başlayan bu zəfər günləri bizə həqiqətən də qürurlu anlar yaşadır. Hər gün cəbhədən gələn müjdəli xəbərlərlə sevincimizə sevinc qatılır. Müzəffər ordumuz  cəbhədə şanlı tarix yazarkən, ardı-arası kəsilməyən zəfərlərin memarı olan Ali Baş Komandan Cənab İlham Əliyev də siyasi meydanda döyüşünü davam etdirir. İstər xalqa müraciətlərində, istərsə də xarici mətbuatlara verdiyi müsahibələrində öz səlis nitqi və dəqiq cavabları ilə düşmənə ağır zərbələr endirməkdə davam edir. Müharibənin ilk günlərindən xarici mətbuata bir çox müsahibələr verən Cənab İlham Əliyev oktyabrın 24-ü Fransanın “ Figaro” qəzetinə müsahibə vermişdir. İlham Əliyev elə ilk öncə verilən “Cənab Prezident nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmişsiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?”  qərəzli sualına çox dəqiq cavab verərək Ermənistanın törətdiyi təxribatlar haqqında müxbiri məlumatlandırıb. Onların nəinki torpaqlarımızı işğaldan azad etmək niyyətinin olmadığını, hətta yeni ərazilər işğal etmək istədiklərini bildirib. Digər bir suala cavabında cəbhədə gedən döyüşlərdən söhbət açan prezidentimiz ilk dəfə razılaşdırılan 10 oktyabr atəşkəsindən sonra ermənilərin atəşkəsi kobud şəkildə pozaraq  gecə vaxtı Gəncə şəhərinə ballistik raket atmasından danışıb və bu hadisənin 17 oktyabrda yenidən təkrarlandığını vurğulayıb. Müxbir  isə qarşılığında Ermənistanın bunu Türkiyənin F-16 qırıcısnın erməni təyyarəsini vurduğu üçün etdiyini deyib. Prezidentimiz isə bunun feyk xəbər olduğunu, Türkiyənin F-16 qırıcılarının müharibədən əvvəl Azərbaycana təlim üçün gətirildiyini və onların Su-25 təyyarələrinin dağa çırpıldığını izah edib.
     Müxbir daha bir sualda  yenə qərəzli bir şəkildə prezidentimizə Türkiyənin müdaxiləsi və Suriya döyüşçüləri haqqında sual ünvanlamışdır. İlham Əliyev isə cavabında Türkiyənin siyasi dəstəyindən bəhs etmiş, suriyalı döyüşçülərin isə növbəti feyk xəbər olduğunu çatdırmışdır. Digər bir sual isə Türkiyə və İsraildən alınmış hərbi avadanlıqlar haqqında olmuşdur. Prezidentimiz isə vurğulamışdır ki, Azərbaycanı ən çox silahla təmin edən nə Türkiyədir, nə də İsrail. Azərbaycanı ən çox silahla təmin edən Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq biz aldığımız silahlara pul ödəyirik.
     Beləliklə, prezidentimiz müharibənin ilk günlərindən siyasi meydanda apardığı mübarizə ilə də dünya ölkələrinin diqqət mərkəzindədir. Biz birlikdə qələbə çalacağıq. O gün uzaqda deyil. Prezidentimizin dediyi kimi “QARABAĞ AZƏRBAYCANDIR və NİDA işarəsi.” 

     Fatimə Quliyevaya,
     Xocalı rayon ziyalısı

Keçidlər