Tarix yazan Prezidentimiz
Hər bir vətəndaş, böyükdən-kiçiyə Prezidentin xalqa müraciətini, çıxışını qürur hissi ilə izləyir. Bəli, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir. Biz haqq yolunda fəaliyyəti davam etdirməliyik. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər məqamda mənfur düşmənin layiqli cavabını verirlər. Cənab Prezidentimiz xalqa müraciəti zamanı qeyd etdi ki, Ermənistanın bu höküməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Artıq bu gün status – kvo mövcud deyil. Təmas xətti də yoxdur. Cənab Prezidentimiz hər gün işğaldan azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqına çatdırır. Və O, vurğulayır ki, baxmayaraq o kəndlərdən bir şey qalmayıb, eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpaqlarımız azad olunsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin canı – qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, haqq savaşındayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Sevda Məmmmədova
Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəin
Azərbaycan dii və ədəbiyyat müəllimi