2012 – ci ilin sosial – iqtisadi inkişafın yekunları və 2013 – cü ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Ş.Ş.Usubovun H E S A B A T I
Azərbaycanın tarixinə Dövlət müstəqilliyimizin 21- ci ili kimi daxil olmuş 2012-ci il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdiriyi daxili və xarici siyasət kursu Respublika Prezidenti İlham Əliyev cənabları tərəfindən 2012-ci ildə də uğurla davam etdirilmiş, dövlətimizin öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış, gələcəyə böyük ümidlər formalaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2012-ci ildə də öz dinamik inkişafını qoruyub saxlamışdır. Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu olmuşdur. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdə, MDB məkanında isə 1-ci yerdədir;
2012-ci ildə ölkədə bütün iqtisadi göstəricilər yüksək səviyyədə olmuş, ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu inkişaf etmiş ölkələrdə də, xüsusən də böhranlı illər üçün çox yüksək göstəricidir. Keçən il neft hasilatının aşağı düşməsinə və sənaye istehsalının 2,3 faiz azalmasına baxmayaraq iqtisadiyyatın 2,2 faiz artımı çox müsbət göstəricidir;
Ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə nail olunmuş, qeyri-neft sektoru 9,7 faiz artmışdır. Qeyri-neft sənayesi də 8 faiz artmışdır. Bu son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Kənd təsərrüfatı da təxminən 6 faiz artmışdır. Makroiqtisadi vəziyyət çox müsbətdir;
Keçən il investisiya xərcləri rekord səviyyədə, 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyarddan bir qədər çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Azərbaycan xarici investorlar üçün də çox etibarlı tərəfdaşdır;
Ölkəmizin maliyyə imkanları durmadan artır. Bu ilin büdcəsi də rekord səviyyədədir, 20 milyard manata yaxın olan vəsait xərclənəcəkdir. Hazırda Respublikamızın valyuta ehtiyatları 46 milyard dollar səviyyəsindədir. Valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir;
Sosial sahədə ölkəmizin apardığı siyasət uğurla davam etdirilmişdir. Azərbaycanda orta əmək haqqı və orta pensiya mütəmadi qaydada artır. Bu il də əmək haqqların və pensiyaların artırılması nəzərdə tutulur. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. MDB məkanında bu yüksək səviyyədədir. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya əmək haqqının 40 faizini təşkil edir;
Ölkədə inflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu da son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu dünya miqyasında ən yüksək göstəricilərdən biridir;
Keçən il uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramına başlanılmış, vətəndaşlara yüz milyonlarla manat vəsait verilmişdir. Əmanətlərin kompensasiyası prosesi bu il uğurla başa çatacaqdır;
2012-ci ildə sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür. Yüzlərlə məktəb, xəstəxana, idman kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir. Bu ilin büdcəsində də bu sahəyə böyük vəsaitlərin ayrılması nəzərdə tutulur.
Son on ildə 2500-ə yaxın məktəb tikilmişdir. Bu il bütün qəzalı vəziyyətdə olan məktəblər yenidən qurulacaq, təmirə ehtiyacı olan məktəblər də tədricən təmir ediləcəkdir. Bakı şəhərindəki bütün məktəblərin də təmir-tikinti işləri başa çatdırılacaqdır;
Keçən il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondu tərəfindən 300 milyon manat vəsait ayrılmışdır. Bu ölkədə bu sahəyə ayrılan ən böyük vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə təmin edilmişdir. Bu il də eyni səviyyədə vəsaitin ayrılması nəzərdə tutulmuşdur;
Regional inkişaf Proqramı uğurla icra edilmişdir. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər də aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür -7,6 faizdən 6 faizə. Bu, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir. 2013-cü ildə görüləcək işlərin sayəsində yoxsulluq səviyyəsi daha da düşəcəkdir;
Regionların, xüsusilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilmişdir. Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəkdir və bu vəsaitin 83 faizi regionların payına düşür;
Keçən il sənayeləşmə istiqamətində çox əlamətdar bir il olmuşdur. Həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür;
2012-ci ildə enerji sahəsində böyük nailiyyətlər qazanılmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının icrası nəticəsində Azərbaycan enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişdir. Keçən il bu siyasətin davamı olaraq çox önəmli və tarixi hadisə baş vermişdir, TANAP layihəsinin təməli qoyulmuşdur. Azərbaycan bölgədə icra edilən bütün layihələrin təşəbbüskarıdır. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bu layihənin icrası ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir;
Enerji təhlükəsizliyi daim diqqət mərkəzində olan məsələdir və Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləmişdir. Bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır;
Keçən il bərpa olunan enerji növlərinin yaradılması sahəsində ciddi addımlar atılmışdır. Günəş panelləri istehsal edən zavod işə başlamışdır. Artıq su mənbələrimiz səmərəli şəkildə bu işlərə cəlb edilmişdir. Keçən il 25 meqavat gücündə Füzuli Su Elektrik Stansiyasının işə düşməsi bu sahədə böyük addım idi. Kiçik çaylarda 1, 2, 3, 5 meqavat gücündə stansiyaların tikintisi davam edir;
İnfrastruktur layihələri arasında qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət daşıyır. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait nəzərdə tutulur. Bu il ölkədə ümumi qazlaşdırma səviyyəsi 90 faizə çata bilər. Bu çox yüksək göstəricidir;
Ölkədə içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlanılmışdır. Maksimum səviyyədə hədəf seçilmişdir ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. Bakıda və bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir. İçməli su layihələrinin əksəriyyəti bu ilin sonunadək başa çatacaqdır. Kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir.
Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması nəzərdə tutulmuşdur. Son illərdə magistral yolları böyük dərəcədə bərpa edilmiş, yeni yollar salınmışdır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də диггят мяркязиндядир.
İnfrastruktur layihələri arasında meliorasiya layihələrini xüsusilə qeyd etmək lazımdır. Hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə gələn il istifadəyə veriləcəkdir;
Ərzaq təhlükəsizliyi məsələləri uğurla həll edilir. Kənd təsərrüfatı məhsullarının 6 faiz artırılması bu sahədə görülən işlərin nəticəsidir. İri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur və s. məsələlərin həlli hesabına Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edəcəkdir. Bu tarixi, gələcəyə hesablanmış bir nailiyyət olacaqdır;
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilmişdir. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada cəza tədbirləri, inzibati tədbirlərlə yanaşı institusional və sistem xarakterli tədbirlər də görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur;
İKT sahəsində Azərbaycan son illər ərzində böyük uğurlar əldə etmişdir. Bu, həm biznes, həm zəka, həm intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Respublikamızda elektron xidmətlərin sayı artırılır və bu sahədə görülən işlər davamlı xarakter daşıyır. İctimai nəzarətin daha da gücləndirilməsi, şəffaflığın maksimum dərəcədə təmin edilməsi Respublika Prezidenti tərəfindən irəli sürülən əsas tələblərdəndir.
Bildiyiniz kimi keçən ilin sonunda yeni qurum yaradılmışdır. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə bir çox amillər cəmləşir - innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Ölkəmiz məhz bu istiqamətdə inkişaf etməlidir;
2012- ci ilin yekunlarına həsr edilmiş Respublika müşavirəsində cənab Prezident qeyd etmişdir ki, ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün gənclərimiz dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə oxumağa göndərilir. Bununla yanaşı indi daha çox ölkə daxilində elə sistem yaradılmalıdır ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gənclər daha çox cəlb edilməlidir;
2012-ci il xarici siyasətlə bağlı da çox uğurlu bir il olmuşdur. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu tarixi nailiyyət, Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi;
Keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Qoşulmama Hərəkatının zirvə görüşündə beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. Keçən il NATO-nun zirvə görüşündə də buna oxşar qətnamə qəbul edilmişdir.
Qoşulmama Hərəkatı və NATO dünyanın əksər ölkələrini birləşdirir və onların mövqeyi birmənalıdır. Bu mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Dağlıq Qarabağ məsələsi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır;
Bu gün Azərbaycan iqtisadiyyatı güclüdür və ölkəmizin gözəl gələcəyi vardır. Ermənistanın iqtisadiyyatı isə tənəzzülə uğrayır. Nə qədər ki, bu münaqişə davam edəcəkdir, onların vəziyyəti daha da ağırlaşacaqdır. Azərbaycan bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıdır. Buna nail olmaq üçün bütün imkanlardan - siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə ediləcəkdir;
Ordu quruculuğu sahəsində də keçən il böyük işlər görülmüşdür, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılmışdır. Keçən il hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcədə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Ermənistanın ümumi büdcəsi isə iki milyard dollardan da azdır.
Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində zəruri tədbirlər davamlı olaraq görülür. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Heç vaxt imkan vermək olmaz ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ona kölgə salsınlar. Azərbaycan xalqı heç vaxt buna imkan verməz.
Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu Azərbaycanda son illərdə görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir, Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir.
Bu ay birinci telekommunikasiya peykimiz orbitə çıxarıldı. Bu da tarixi hadisədir. Azərbaycan kosmik ölkəyə çevrilir. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, həm yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Ən önəmlisi odur ki, bu ölkəmizin inkişafını və niyyətini göstərir. Bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır;
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etmişdir;
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiya ilə qarşıya qoyulan əsas məqsəd ölkədə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır. Artıq bu ildən reallaşacaq Konsepsiya ölkə iqtisadiyyatının tarazlı və dayanıqlı inkişafını təmin edəcək, əhalinin sosial rifahının yüksəlməsi, habelə cəmiyyətin bütün istiqamətlərdə tərəqqisinə nail olmaq funksiyasını yerinə yetirəcəkdir.
Azərbaycan Respublikasında bütün sahələrdə dinamik inkişafın təmin edilməsi məqsədilə ölkə Prezidenti tərəfindən mühüm qərarlar qəbul edilmiş, çoxsaylı Dövlət Proqramları təsdiq olunmuşdur. Sosial – iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət sayəsində regionların siması tamamilə dəyişdirilmiş, mühüm infrastruktur layihələri həyata keçirilmiş, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” uöurla icra olunmuşdur.
İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılmışdır. Bu işlərin 77 faizi cənab Prezidentin 9 illik fəaliyyəti dövründə icra olunmuşdur.
Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə 6740 nəfər məcburi köçkün dövlət ehtiyatları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi daxili və xarici siyasət bütövlükdə Azərbaycan əhalisi kimi Xocalı rayon əhalisi tərəfindən də müsbət qiymətləndirilir və dəstəklənir. Ölkə Prezidentinin daxili siyasəti Respublikamızın iqtisadi qüdrətinin daha da inkişaf etdiriloməsinə, əhalinin maddi rifah halının ilbəil yaxşılaşdırılmasına, ictimai sabitliyin təmin edilməsinə, yerli və beynəlxalq əhəmiyyətli irimiqyaslı layihələrin icra edilməsinə, inkişaf etmiş dövlətlər səviyyəsində kommunikasiya şəbəkəsinin yaradılmasına, müasir silah və hərbi texnika ilə təchiz edilərək yüksək peşəkarlıq səviyyəsinə mailk ordu quruculuğuna yönəldilmişdir. Xarici siyasətdə prioritet məsələ kimi Respublikamızın bütün səviyyələrdə bərbər hüquqlu tərəfdaş kimi Azərbaycanın milli və dövlət maraqlarının qorunması şərti ilə iştirakını təmin etmək,Respublikamızın reginda lider mövqeyini daha da möhkəmləndirmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasını təmin etmək məqsədi ilə diaspora quruculuğunun diqqət mərkəzində saxlanılmasına yönəldilmişdir.
Ermənistanın qeyri konstruktiv mövqe tutması ilə əlaqədar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə baxmayaraq,Azərbaycan Respublikası Prezidenti nüfuzlu beynəlxalq təşkilatların və dünyanın inkişaf etmiş dövlətlərini bu münaqişənin həllində obyektiv mövqe tutmaları üçün bütün metod və vasitələrdən istifadə edir.
2011-ci ildə dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilməsi Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir.
Xocalı faciəsi Meksikada, Pakistanda, Kolumbiya kimi dövlətlərdə və ABŞ-ın 6 ştatında tanınıb. İslam Konfransı üzv dövlətlərinin Gənclər forumunun 15-17 noyabr 2012-ci ildə “Cibuti”də keçirilmiş 39-cu toplantısında Xocalı faciəsi ilk dəfə soyqırım kimi tanınmış, eyni zamanda İslam Konfransı Təşkilatı Parlament Assambleyası təşkilata üzv olan 51 ölkənin parlamentini Xocalı soyqırımına qarşı cinayət cinayət kimi tanımağa çağıran qətnamə qəbul edib. Misirin Qhirə şəhərində 07 fevral 2012-ci il tarixdə İslam Təşkilatı üzv dövlətlərinin keçirilən Zirvə toplantısı Xocalı soyqırımını tanıdı.
Xocalı Faciəsinin 20-ci ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti 2012-ci ilin yanvar ayında müvafiq Sərəncam imzalamışdır. Sərəncamda Xocalı faciəsinin 20-ci ildönümünün daha geniş miqyaslı keçirilməsi öz əksini tapmışdır. Sərəncama müvafiq hazırlanmış “Tədbirlər Planı”na uyğun olaraq Xocalı faciəsinin 20-ci ildönümü ölkəmizdə, dünyanın bir çox dövlətlərində və qardaş Türkiyədə daha möhtəşəm keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları, Nazirlər Kabinetinin, Milli Məclisin və hökumətin müxtəlif strukturlarının nümayəndələrinin iştirakı ilə 60 min nəfərdən çox adam Bakı şəhərində Azadlıq meydanında “Ana harayı” abidəsinə qədər yürüş edərək faciəyə özmünasibətlərini bildirmişlər. Heydər Əliyev Fondunun xətti ilə Fondun vitse prezidenti, Rusiya Azərbaycanlı Gənclər təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyanın 30-dan çox ölkəsində “Xocalıya Ədalət” kompaniyası keçirilmiş və həmin ölkələrdə təbliğat işini aparmaq üçün gənclərin göndərilməsi təmin olunmuşdur.
Xocalı faciəsinin 20-ci ildönümü İstanbulun Taksim meydanında da çox möhtəşəm keçirilmişdir. Yeni zərbaycan Partiyasının xətti ilə də rayonlardan həmin tədbirlərdə iştirak etmək üçün gənclər göndərilmişdir.
Rayonumuzda faciənin 20-ci oldönümü ilə bağlı “Xocalı daş yaddaşı, qan yaddaşı” kitabı ərsəyə gətirilmiş, faciəni əks etdirən “Bukletlər” hazırlanaraq Azərbaycandakı Səfirliklərə paylanmış və xarici ölkələrə gedən nümayəndələrə yayılması üçün verilmişdir.
Həmişə olduğu kimi 2012-ci ioldə az təminatlı ailələrə və pensiyaçılara müavinət və təqaüdlərin ödənilməsi diqqət mərkəzində saxlanılmış, gecikdirmə hallarına yol verilməmişdir. Rayondan olan 12375 nəfər məcburi köçkünlərə aylıq yemək xərclərinin ödənilməsi vaxtlı-vaxtında təmin edilmişdir. Rayonun Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin xidməti ərazisində məskunlaşmış 1453 nəfər pensiyaçılara, 95 şəhid ailəsinə, 4 milli qəhrəman ailəsinə, 60 nəfər müharibə veteranına , 31 nəfər müharibə əlilinə, 2 nəfər CAES əlilinə, 50 yeni doğulan uşaqlara xidmət göstəmiş, 90 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. 2012-ci il üçün əhaliyə çatan bütün pensiya və müavinətlər tamamilə ödənilmişdir.
Rayon Məşğulluq Mərkəzinə müraciət edən 84 nəfər iş axtaran şəxsdən 5 nəfərinə işsizlik statusu verilmiş və 7 nəfərə isə müavinət təyin edilmişdir. Rayon Məşğulluq Mərkəzinin xətti ilə il ərzində 32 n’f’r rayonun müxtəlif idarə və müəssisələrində işlə təmin edilmiş, 30 nəfər ictimai işə, 24 nəfər isə peşə kursuna cəlb olunmuşdur.
Rayonun 2012-ci il üçün yerli büdcəsi 3267115 manat planlaşdırılmış, ondan 3149655 manatı və ya 96.6% icra olunmuşdur. 2013-cü il üçün rayonun yerli büdcəsi 3492180 manat planlaşdırılmışdır ki, bu da ötən illə müqayisədə 7 % artıqdır.
Rayondan olan məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, Naftalan şəhərində məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhəri yaxınlığında 12 ədəd 5 mərtəbəli yaşayış binası, 270 yerlik məktəb, uşaq bağçası, uşaq musiqi məktəbi, inzibati bina və “Xocalı soyqırımı” abidəsi tikilmiş 453 məcburi köçkün ailəsi həmin binalara köçürülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları bir il müddətində 2 dəfə Xocalı rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış sahəsinin açılış mərasimində iştirak etmiş, rayondan olan ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Bu ölkə Prezidentinin qaçqın və məcburi köçkünlərə, o cümlədən Xocalı rayonundan olan məcburi köçkünlərə qayğı və diqqətinin əyani göstəricisidir.
2012-ci ildə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 1 saylı tam orta məktəbi üçün 8 otaqdan ibarət 75 şagird yerlik əlavə sinif otaqları “AKKORD” Şirkətlər qrupu tərəfindən təmannasız olaraq tikilib istifadəyə verilmişdir. Respublika Büdcəsindən ayrılmış vəsait hesabına Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı və Lidiçe küçələri əsaslı təmir olunmuş, Xocalı soyqırımına və Lidiçe faciəsinə həsr olunmuş abidə və lövhə qoyulmuşdur. Xocalı soyqırımı abidəsinin və Lidiçe faciəsinin xatirə lövhəsinin açılışında Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətləri səfiri cənab Radek Matula və digər rəsmi şəxslər iştirak etmişdir. Rayonun daxili imkanları hesabına 2012-ci ilin iyun ayının 28-də yağan güclü yağışlar nəticəsində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin H.Əliyev parkının dağılmış 80 m2 istinad divarı, 40m2 yaşıllıq sahəsi və 15 ədəd dekorativ ağaclar yenidən bərpa olunmuşdur.
2012-ci ildə Xocalı rayonundan olan 366 məcburi köçkün ailələri fərdi yaşayış evi və ya mənzillərlə təmin olunmuşdur. İndiyə qədər ümumilikdə rayondan olan 1120 məcburi köçkün ailələri yeni yaşayış sahəsi ilə təmin olunmuşdur ki, bu da rayondan olan məcburi köçkün ailələrinin 30 %-i təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, Dövlət Proqramı”nın icrası əsasında rayonumuzun Aqrar sahəsi xeyli inkişaf etmişdir. Hal-hazırda rayonumuzun balansında 4125 hektar daimi təhkim olunmuş torpaq sahəsi vardır. Həmin torpaq sahələrindən 3000,0 hektarı taxılçılığın inkişafı üçün, fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilmişdir. Torpaq istifadəçilərindən 8910 manat icarə haqqı alınaraq, rayon büdcəsinə keçirilmişdir.
Belə ki, cari ilin məhsulu üçün rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 3700 hektar taxıl sahəsi əkilmişdir. 3700 hektar sahədə taxıl biçini aparılmışdır. Məhsuldarlıq 20 sentner olaraq 7400 ton məhsul toplanmışdır. 2012-ci ilin yazlıq bitkiləri üçün 198 hektar kartof sahəsindən məhsuldarlıq 107 sentner olmaqla, 2120,5 ton, 70 hektar tərəvəz sahəsindən məhsuldarlıq 53 sentner olaraq 376,9 ton məhsul, 40 ton meyvə istehsal olunmuşdur.
2011-ci ildə olduğu kimi, 2012-ci ildə də hüquqi və fiziki şəxslərə taxılçılığın inkişafı üçün, hər hektara 80 manat məbləğində yardım və eləcə də məhsuldarlığı artırmaq məqsədi ilə, dövlət tərəfindən hüquqi və fiziki şəxslərə 50 %-li güzəştli mineral gübrələr verilmişdir.
2011 – ci il və 2012 – ci il üçün heyvanların və arı ailələrinin baş sayına dair
C Ə D V Ə L .
Sıra № |
Heyvanların baş sayı |
2011 |
2012 |
Fərq +/- |
1 |
İri buynuzlu mal – qara |
4532 |
4674 |
+142 |
2 |
Qoyun və keçilər |
25738 |
26680 |
+942 |
3 |
Quşlar |
10701 |
11087 |
+386 |
4 |
Arı ailələri |
2982 |
3087 |
+105 |
2011 – ci il və 2012 – ci il üzrə heyvandarlıq sahəsi üzrə məhsul istehsalına dair
C Ə D V Ə L .
Sıra № |
Məhsulun adı |
2011 |
2012 |
Fərq +/- |
1 |
Taxıl ( ton ) |
5317 |
7400 |
+2083 |
2 |
Kartof ( ton ) |
1991 |
2120,5 |
+129,5 |
3 |
Süd ( ton ) |
5150 |
3650 |
-1500 |
4 |
Mal və quş əti ( ton ) |
1000 |
250 |
-750 |
5 |
Yun ( ton ) |
24 |
24,5 |
+0,5 |
6 |
Bal ( ton ) |
12.3 |
17,5 |
+5,2 |
7 |
Meyvə ( ton ) |
30 |
40 |
+10 |
8 |
Yumurta ( ədəd ) |
98500 |
62000 |
-36500 |
2013 – cü ilin məhsulu üçün rayon üzrə 3665 hektar şum aparılmış, 3665 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir.
Rayon Baytarlıq Xidməti idarəsi tərəfindən rayon əhalisinə məxsus bütün növdən olan quş və heyvanlarda vaxtlı-vaxtında vaksinasiya aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-ci il tarixli 82 №- li Fərmanı əsasında həvəskar və peşəkar arıçılıqla məşğul olan insanlarda ruh yüksəkliyi yaranmış, eləcə də dövlət seleksiya damazlıq arıxanalarının yaradılması tövsiyyə olunmuşdur. Buna əsasən rayonumuzda arıçılıq xeyli inkişaf etmişdi, arı ailələrinin sayı 3087 ədəd olmuşdur. Arı ailələrinə xəstəliklərə görə rayon Baytarlıq Xidməti İdarəsinə dərman və preparatlar göndərilməmişdir. Bu müalicə və profilaktika tədbirlərində işlənən dərmanlar arıçıların öz vəsaiti hesabına alınmış, bizim baytar həkimlərinin göstərişi və nəzarəti altında aparılmışdır.
Aqroserviz filialı tərkibində olan kənd təsərrüfatı texnikaları tərəfindən görülən işlər aşağıdakı kimi olmuşdur.
Şum 65,4 hektar, taxıl biçini 173,4 hektar, taxil səpini isə 25 hektar aparılıb, 2011 – ci ildə bu göstərici şum 114 hektar, taxıl biçini isə 161 hektar aparılmışdır. 2011- ci ildə “Aqrolizinq” filialı texnikalarının xidməti sayəsində görülən işlərin müqabilində 3867 manat pul dövlət büdcəsinə ödəmişdir, 2012 – ci ildə isə 3750 manat pul dövlət büdcəsinə ödənilmişdir.
2008- 2015- ci illərdə Dövlət sosial-iqtisadi inkişafı proqramında kənd təsərrüfatı sahəsində digər özəl qurumların yaradılması, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, qaçqın və məcburi köçkünlərin işsizliyinin aradan qaldırılması məqsədi ilə, üzüm bağlarının salınması, kartofçuluğun inkişaf etdirilməsi, toxuculuq bazasının yaradılması, istehsal olunan məhsulların saxlanma anbarlarının tikilməsi və eləcə də, rayon nəzdində olan məhsulların saxlanma anbarlarının tikilməsi və eləcə də, rayon nəzdində olan texnikaların saxlanması üçün, müəyyən sahənin ayrılması günü vacib tələblərdən biridi.
Rayonun ən aparıcı təşkilatları Təhsil, Səhiyyə və Mədəniyyət sahələridir.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və inkişaf etdirilməsi ilə bağlı müvafiq “Dövlət Proqramı”na uyğun Goranboy rayonunun Aşağı Ağcakənd və onun ətrafında salınmış qəsəbələrdə və Goranboy şəhərindəki köçkün şəhərciyində 5 müasir tipli məktəb tikilmişdir. Onlardan 2-si 270 yerlik, 3-ü isə 90 yerlik məktəblərdir. Digər məktəblərimiz uyğunlaşdırılmışbinalarda fəaliyyət göstərir. 2012-ci ildə Şəki şəhərindəki xocalı şəhər 3 saylı tam orta məktəbi həmin rayonun ərazisində Çələbixan qəsəbəsində tikilən yeni məktəb binasına köçürülmüş, Bakı şəhəri Pirşağı qəsəbəsindəki Xocalı şəhər 2 saylı tam orta məktəbində isə Akkord şirkətlər qrupu tərəfindən 8 əlavə sinif və inzibati otqlar tikilmişdir.
“Yerli İcra Hakimiyyəti orqanları haqqında Əsasnaməyə” uyğun olaraq uşaqların təhsildən kənarda qalmamaları üçün Bərdə şəhəri 105 saylı texniki peşə məktəbinin yataqxanasında məskunlaşan rayon əhalisinin uşaqları üçün Kosalar kənd tam orta məktəbinin filialı, Şəki rayonunun Muradbulaq ərazisində məskunlaşan əhalimizin uşaqları üçün həmin rayonun Çələbixan qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 saylı tam orta məktəbin filialı olaraq ibtidai məktəblər təşkil edilmişdir.
Tikilmiş yeni məktəblər tədrisin aparılması üçün avadanlıqlarla təmin olunmuşdur. Xocalı şəhər 1 saylı tam orta məktəbi qazla işləyən mərkəzləşdirilmiş qazanxana ilə, Xocalı şəhər 4 saylı tam orta məktəbi dizellə işləyən fərdi qazanxana vasitəsi ilə qızdırılır. Digər məktəblərimiz isə elektrik sobaları və odunla qızdırılır. Qış aylarında məktəblərimizin qızdırılması lazımi qaydadadır
2011-ci illə müqayisədə artıq 6 tam orta məktəbimiz müasir tipli məktəblərdə fəaliyət göstərir. Rayonumuzun məktəbləri əsasən ucqar dağ bölgəsində fəaliyyət göstərdiyindən kadr çatışmamazlığı ehtiyacı yaranır . Hər il Təhsil Nazirliyi tərəfindən ali məktəbləri bitirən tələbələrdən müxtəlif ixtisas fənnləri üzrə təyinatla rayonumuzun məktəblərinə göndərilir və onların işləmələri üçün nəzərdə tutulmuş qanuni imtiyazlar tətbiq olunur.
Lakin bununla belə məktəblərimizdə psixoloq, fizika , kimiya, coğrafiya, fiziki tərbiyə üzrə fənn müəllimlərinə ehtiyac vardır. Məktəblərdə uşaqların dərsə davamiyyəti daim diqqət mərkəzində saxlanılır. Bəzi məktəblərdə təəssüflər olsun ki, hələ də davamiyyət pozulur. Şagirdlərin dərsə davamiyyəti ilə bağlı rayon Təhsil şöbəsinə və məktəb direktoruna ciddi tapşırıqlar verilib. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçiləri il ərzində tez-tez məktəblərdə olur və şagirdlərin davamiyyəti yoxlanılır.
2011 – 2012-ci illərdə Xocalı rayon təhsil müəssisələlərini bitirib ali və orta ixtisas məktəblərinə qəbul olanlar haqqında məktəblər üzrə müqayisəli cədvələ nəzər yetirək.
С/с |
Məktəblər |
2011 |
2012 |
Ъями |
||||
Məzun sayı |
Ali mək. qəbul |
Orta ixtisas |
Məzun sayı |
Ali mək. qəbul |
Orta ixtisas |
%- lə |
||
1 |
Xocalı şəhər 1 saylı tam orta məktəb |
8 |
1 |
3 |
13 |
5 |
- |
12,5
38,7 |
2 |
Xocalı şəhər 2 saylı tam orta məktəb |
6 |
- |
4 |
1 |
- |
- |
0
0 |
3 |
Xocalı şəhər 3 saylı tam orta məktəb |
- |
- |
- |
5 |
1 |
- |
0
20 |
4 |
Xocalı şəhər 4 saylı tam orta məktəb |
4 |
- |
- |
16 |
6 |
1 |
0
37 |
5 |
Xocalı şəhər 5 saylı tam orta məktəb |
1 |
- |
- |
1 |
- |
- |
0
0 |
6 |
Kərkicahan qəsəbə tam orta məktəb |
2 |
1 |
- |
4 |
1 |
- |
50
25 |
7 |
Kosalar kənd tam orta məktəb |
8 |
4 |
- |
7 |
4 |
2 |
50
57 |
8 |
Başkənd kənd tam orta məktəb |
3 |
2 |
- |
7 |
3 |
2 |
66
43 |
9 |
Yaloba kənd tam orta məktəb |
4 |
3 |
- |
4 |
2(665) |
1 |
75
50 |
10 |
Meşəli kənd tam orta məktəb |
4 |
1 |
1 |
5 |
1 |
1 |
25
20 |
11 |
Cəmilli kənd tam orta məktəb |
4 |
1 |
- |
5 |
- |
- |
25
0 |
12 |
Qaragav kənd tam orta məktəb |
4 |
- |
1 |
5 |
- |
2 |
0
0 |
CƏMİ: |
48 |
13 |
5 |
76 |
24 |
9 |
27
31 |
2011-ci ildə rayonun tam orta məktəbini bitirən 48 şagirddən ali məktəblərə qəbulun səviyyəsi 27 % , 2012-ci ildə məktəbi bitirən 76 şagirddən isə qəbulun səviyyəsi 31% olmuşdur. Rayonda təhsilin səviyyəsinin yüksəldilməsi üçün il ərzində bir neçə dəfə tədrisin vəziyyəti ilə bağlı məsələ müzakirəyə çıxarılır. 2012-ci ilin avqust ayında 2011-2012-ci dərs ilinin yekunu olaraq Cəmilli kənd orta məktəbində rayon İcra Hakimiyyəti Başçısı tərəfindən geniş səyyari Şura iclası keçirildi. Dərs iliərzində ortaya çıxan bəzi neqativ hallara görə Xocalı şəhər 4 saylı tam orta məktəbinin direktoru Kökumə Quliyevaya töhmət, digər neqativ hallara görə Cəmilli kənd tam orta məktəbinin direktoru İnqilab Baxışova və Xocalı şəhər 5 saylı tam orta məktəbinin direktoru Mətanət Zamanovaya xəbərdarlıq elan edilmişdir.
Məktəblərimizdə vəzifə daşıyan müəllimlər və digər işçilər hələ də öz vəzifələrini tam icra etmirlər. Rayon Təhsil şöbəsinin metodkabineti tam formalaşsa da, metodkabinetin işçiləri və məsləhətçilər öz vəzifələrini hələ də tam icra etmirlər. Nəticədə təhsilin səviyyəsi aşağı düşüb və ali məktəblərə qəbulun vəziyyəti ürəkaçan olmur. Artıq son illərdə ali məktəblərə qəbul olanlar arasında Prezident təqaüdünə düşən tələbələrimiz yoxdur. Odir ki, rayon Təhsil şöbəsinə və məktəb direktorlarına bir daha tövsiyəmiz və tələbimiz budur ki, hər kəs öz vəzifə borcunu şərəflə icra etsin.
Rayon üzrə YYÇ- ın sayı 1491 nəfərdir (15yaş 361, 16 yaş 380, 17 yaş 351, 18 yaş 399 nəfərdir)
Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya tərəfindən 2012-ci ildə rayonun ümumtəhsil məktəblərində uşaqların təhsil almaları, tərbiyə olunması və təhsildən yayınma hallarına qarşı mübarizə aparılmış, alkoqollu içkilər, siqaret və zərərli vərdişlərin qarşısını almaq üçün Polis şöbəsinin YYÇİ-i üzrə inspektorları ilə müntəzəm olaraq rayon sakinlərinin yaşadıqları ərazilərdə yeniyetmələr, valideyinlərlə birgə söhbətlər aparmışdır. Azyaşlı uşaqlara vaxtlı-vaxtında səhiyyə xidmətlərinin göstərilməsi nəzarətə götürülmüşdür. Xocalı RPS- nin YYÇİ-üzrə inspektorları tərəfindən dərsdən yayınma hallarına görə 4 nəfər barəsində profilaktiki yığın işi açılmışdır ki, onlardan bir nəfəri dərsə davamiyyətini yaxşılaşdırdığına görə profilaktiki qeydiyyatdan çıxarılmışdır. Xocalı rayon İcra Hakimiyyətinə azyaşlılar üçün verilən müavinətlər ilə bağlı daxil olan ərizələrə baxılmış və müavinətlərin verilməsi bərpa edilmişdir. Komissiyada 2012-ci ildə ərizə ilə müraciət edən 6 nəfərin ərizələrinə baxılmış, ərizələrdə övladlığa götürmə, ad dəyişdirilmə və nigaha daxil olma işlərinə baxılıb və onlara qanunauyğun köməklik edilmişdir.
Bundan əlavə uşaqlar və yeniyetmələr arasında idman ili ərzində “Şən startlar” idman yarışlarının keçirilməsi təşkil edilmişdir.
Rayonun Mərkəzi xəstəxanası işlərinin 2012-ci ilin 2-ci yarsından “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnaməyə” uyğun iş planı əsasında qurmağa çalışır.
Digər rayonlardan fərqli olaraq Təcili Tibbi xidmət sahəsi olmadığından xəstəxananın tibb heyəti xəstələrə xəstəxanadan kənarda evlərə çağırmağa xidmətini də həyata keçirirlər. İl ərzində Mərkəzi xəsətəxana əhali arasında sanitar epidemoloji işin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yolxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmə qarşı mübarizə işinin güçləndirilməsi və.s vacib məsələlərlə bağlı maarifləndirmə işləri aparır. Körpələr və uşaqlar arasında peyvəndlərin təşkilinə ciddi yanaşılmış və bu kampaniya il ərzində uğurla həyata keçirilmişdir. İmtiyazlı xəstələrə, ocümlədən 61 nəfər şəkərli diabet, 15 nəfər vərəmli, 7 nəfər ankoloji, 117 nəfər nevroloji, 152 nəfər ürək-qan dövranı ilə bağlı, 86 nəfər tənəffüs sistemi ilə bağlı xəstələrə büdcədən ayrılmış vəsait hesabına tibb yardım göstərilmişdir. Vərəm şübhəli xəstəliklər araşdırılaraq qeydiyyata götürmüşlər. Mərkəzi xəstəxananın tibb işçiləri il ərzində məktəblərdə və uşaq bağçalarında tibbi müayinələr aparmış, lazımi dərman və sarğı materialları ilə köməklik edilmişdir.
2011 – 2012- ci illə müqayisədə rayon Səhiyyə obyektlərində cədvəldə qeyd olunan bəzi statistik göstəricilərə nəzər yetirək.
Göstəricilərin adı |
2011 |
2012 |
Fərq |
|
Doğum |
216 |
185 |
-31 |
|
Ölüm |
Ümumi |
79 |
44 |
-35 |
|
1 yaşdək |
1 |
- |
- |
Tibb müəssisələrinə gəlişlərin sayı |
32200 |
32533 |
+333 |
|
O cümlədən: a) ilkin t/yardım |
10018 |
10118 |
+100 |
|
b) evə çağırışlar |
5538 |
5593 |
+50 |
|
Peyvəndlər |
429 |
445 |
+16 |
|
Qızılca |
5 |
3 |
- 2 |
|
Su çiçəyi |
3 |
2 |
- 1 |
|
Hepatit |
1 |
1 |
- |
|
Qripp |
28 |
8 |
- 20 |
|
Vərəm |
15 |
15 |
- |
|
Malyariya |
- |
- |
- |
|
İmtiyazlı xəstələrə edilən köməkliklər |
||||
Şəkərli diabet |
56 |
61 |
+ 5 |
|
Vərəm |
15 |
15 |
- |
|
Ankoloji |
6 |
7 |
+ 1 |
|
Nevroloji |
132 |
117 |
- 15 |
|
Ürək- qan dövranı |
163 |
152 |
- 5 |
|
Tənəffüs sistemi |
90 |
86 |
- 4 |
Mərkəzi Xəstəxana və digər səhiyyə obyektlərində 10 həkim, orta tibb işçiləri 8 və s. tibb heyəti üzrə 4 vakant iş yerləri var.
Səhiyyənin xidmətində hələ də geriliklər var. Belə ki, xəstəxananın şöbələrində ixtisaslə həkimlər çatışmır. Bəzi FMM- nin iş otaqları olmadığından xəstələrə evlərə getməklə xidmət göstərilir. Tibb işçiləri vaxtlı- vaxtında kurslara göndərilmir, rentgen aparatından istifadə olunmur. Baş həkimin bütün bunları nəzərə alması və aidiyyatı təşkilatlara bir daha yazılı müraciət etməsi tövsiyyə olunur.
Rayonumuzun icra strekterları Goranboy rayonu ərazisində fəaliyyət göstərdiyi üçün ərazimizdə turizmin inkişafı Goranboy rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Ancaq buna baxmayaraq məskunlaşdığımız Aşağı Ağcakənd ərazisinin Ağbulaq adlanan hissəsində sakinlərimiz sahibkarlığın inkişafı ilə bağlı bir neçə istirahət obyektləri inşa etdirmişlər ki, mövsümü aylarda ölkəmizin müxtəlif yerlərindən turistlər istirahət etmək üçün bura gəlirlər.
Rayonda bir Yaloba Tarix diyarşünaslıq muzeyi, 1 şəhidlər muzeyi, rayon İcra Hakimiyyətində təşkil olunmuş Heydər Əliyev muzeyi, 3 mədəniyyət evi, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 14 kitabxana filialı, 17 klub və 3 musiqi məktəbi fəaliyyət göstərir.
Yaloba Tarix diyarşünaslıq muzeyi Hacıkənd qəsəbəsində 2 otaqlı uyğunlaşdırılmış binada yerləşir. Muzeyin maddi- mədəniyyət nümunələrinin və tarixi eksponatlarının normal olmasına baxmayaraq muzeyin fəaliyyəti o qədər də qənaətbəxş deyil. Ona görə də muzeyin yeni binasının tikilməsi vacibdir və bu sahədə tərəfimizdən aidiyyatı orqanlar qarşısında məsələ qaldırılıb. “Şəhidlər muzeyi” Aşağı Ağcakənd qəsəbəsində məcburi köçkünlər üçün tikilən 3 otaqlı evdə razılaşma yolu ilə təşkil olunub.
Muzeydə mövcud vəziyyətin normal olmasına baxmayaraq hələ də muzeyin ştat işçiləri yoxdur. Muzeydə xidmət Mədəniyyət və Turizm Şöbəsinin işçiləri tərəfindən həyata keçirilir. Yeni “Şəhidlər muzeyinin” tikilməsi ilə bağlı tərəfimizdən tədbirlər həyata keşirilir. Heydər Əliyev muzeyi rayon İcra Hakimiyyətinin binasında təşkil edilib. Muzeyə rayon İcra Hakimiyyətinin Başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi tərəfindən xidmət göstərilməsinə baxmayaraq bu bizi qane etmir və yaxın vaxtlarda Ümummilli liderimizin adına layiq yeni Heydər Əliyev Mərkəzinin tikilməsi ilə bağlı işlər nəzərdə tutulub.
Xocalı şəhər Mədəniyyət evi Aşağı Ağcakənd qəsəbəsində Dövlətqaçqınkom tərəfindən inşa edilmi mədəniyyət icma mərkəzində təşkil olunub. Mərkəzdə tədbirlərin keçirilməsi üçün 160 yerlik zal və 6 əlavə otaqlar var. Xocalı şəhər mədəniyyət evində işlərin aparılması üçün mövcud vəziyyət normaldır. Digər 2 Kosalar və Yaloba Mədəniyyət evləri Hacıkənd qəsəbəsində uyğunlaşdırılmış binalara təşkil olunub.
Kosalar və Yaloba mədəniyyət evləri uyğunlaşdırılmış binalarda fəaliyyət göstərdiyindən işlər təşkil olunsa da şərait imkan vermir ki, tədbirləri normal həyata keçirsinlər. Ancaq yaxın vaxtlarda Hacıkənd qəsəbəsində məskunlaşan əhalimiz yeni qəsəbəyə köçürüləcək və mədəniyyət evləri həmin qəsəbədə inşa ediləcək. Mədəniyyət icma mərkəzində işlərini quracaqlar.
Rayonda keçirilən tarixi və bayram tədbirlərinin çox hissəsi mədəniyyət evində keçirilir və bayramsayağı keçirilən tədbirlərin sonu Mədəniyyət və Turizm şöbəsinin rayonun musiqi məktəb kollektivləri ilə hazırladıqları konsert proqramları ilə yekunlaşır. Mədəniyyət evlərində işlər daha yaxşı təşkil olunmalıdır. Işlərin daha yaxşı təşkil olunması üçün mədəniyyət evlərinə ixtisaslı kadrlar cəlb olunmalıdır. Mədəniyyət evlərində və klublarda özfəaliyyət proqramı ilə tədbirlər hazırlanmır, görkəmli incəsənət xadimlərinin, dahi yazıçı və şairlərin yubileyləri keçirilmir, divar qəzetləri tərtib edilmir və sair.
Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılsa da kitabxanaların şöbələri hələ də formalaşmayıb, işçilər əmək intizamını pozurlar. Şöbənin müdiri Alim Rüstəmova ciddi tapşırılır ki, mədəniyyət ocaqlarının və MKS- in iş fəaliyyətinin təkmilləşdirilməsi üçün lazımi tədbirlər görsünlər.
Rayonda 3 musiqi məktəbi var. 1 saylı musiqi məktəbi Goranboy şəhərində yeni salınmış şəhərcikdə, 2 saylı musiqi məktəbi Bakə şəhəri Pirşağı qəsəbəsində, 3 saylı musiqi məktəbi Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərir. 1 və 3 saylı musiqi məktəbləri müasir tipli binalarda, 2 saylı musiqi məktəbi isə uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
Artıq uzun illər keçməsinə baxmayaraq hələ də musiqi məktəblərimizdə digər rayonların müəllimləri dərs deyirlər.
İctimai- siyasi və humanitar məsələlər şöbəsinə tapşırılır ki, 2013- cü ildə Mədəniyyət obyektlərinin, MKS- in və musiqi məktəblərinin fəaliyəti yoxlanılsın və il ərzində onların məsələləri Şura iclasına çıxarılsın.
Rayonumuzun torpaqları müvəqqəti olaraq işğal zonasında qaldığından orada qalan tarixi abidələrimiz haqqında tam məlumatımız yoxdur.
Ərazimizdə Heydər Əliyev Mərkəzi olmasa da rayon İcra Hakimiyyətinin binasında Heydər Əliyev xatirə muzeyi təşkil olunub. Heydər Əliyev irsi 14 təbliğat qrupu tərəfindən öyrənilir və təbliğ olunur. Heydər Əliyev irsini uşaqlar tərəfindən öyrənilməsi üçün də orta məktəblərdə “Gənc Heydərçilər” qrupları təşkil olunub. Iə ərzində bir neçə dəfə İctimai- siyasi və humanitar məsələlər şöbəsi tərəfindən təbliğat qruplarının ümumi yığıncağl keçirilir, apardəqları təbliğati işlərin hesabatı dinlənilir və onlara işlərinin təkmilləşdirilməsi üçün tövsiyyələr verilir. “28 may Respublika”, “15 iyun Qayıdış”, Ulu öndərin doğum günü və vəfat etməsinin anım günlərində və digər tarixi və bayram günlərində ərazidə məskunlaşan əhalinin bütün təbəqələrindən tədbirlərə cəlb olunur. Tədbirdə Heydər Əliyevin keçdiyi həyat yolu bir daha geniş təbliğ olunur. Keçirilən tədbirlər internetə yerləşdirilir.
Yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyyə olunması Təhsil şöbəsi və ümumtəhsil məktəblərinin eləcə də Gənclər və İdman İdarəsinin ümdə vəzufələridir və bu istiqamətdə işlər aparılır. Məktəblər arasındaMilli qəhrəmanlarımızın, doğma torpaqlarımızla bağlı inşa yazılar yazılır, gənclər və yeniyetmələr arasında idman yarışları və intellektual müsabiqələr keçirilir.
Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar. Rayonumuzda siyasi partiyalardan YAP Xocalı rayon təşkilatı və Milli dövlətçilik partiyası fəaliyyət göstərir. YAP Xocalı rayon təşkilatının 500-dən yuxarı üzvü, Milli dövlətçilik partiyasının isə 30 nəfər üzvü var. YAP Xocalı rayon təşkilatı rayonda əsas aparıcı siyasi partiya kimi rayonun ictimai-siyasi həyatında böyük rol oynayır. Partiyanın “Gənclər birliyi” rayonun gəncləri arasında aidiyyəti qurumlarla bir çox tədbirlər həyata keçirir və keçirilən tədbirlər internetə yerləşdirilir Rayonda qeydiyyatdan keçmə 12 qeyri hökümət təşkilatları var. Bu təşkilatlar əsasən 90-cı illərin əvvəllərində yaradılıb. Yaradılan təçkilatlar ilk vaxtlar fəaliyyətləri ilə bağlı müəyyən işlər görürdülər. Ancaq son zamanlar həmin təşkilatların yarıdan çoxunun işi yox dərəcəsindədir. İctimai-siyasi və humanitar məsələlər şöbəsinə tapşırılır ki, rayonda fəaliyyətləri ilə bağlı müəyyən işlər görürdülər. Ancaq son zamanlar həmin təşkilatların yarıdan çoxunun işi yox dərəcəsindədir. İctimai-siyasi və humanitar məsələlər şöbəsinə tapşırılır ki, rayonda fəaliyyət göstərən qeyri hökümət təçkilatlarının hesabatları dinlənilsin, zəif fəaliyyəti olan təşkilatların bağlanması ilə bağlı təkliflərini versinlər.
Rayonda İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən “Dini qurumlarla iş üzrə rayon komssiyası” ndan başqa digər dini qurumlar fəaliyyət göstərir, qanunazidd və neqativ hallar baş verməyib
Rayonun əsas informasiya vasitəsi “Xocalının səsi”qəzetidir. Qəzet əvvəllər çox zəif işıq ucu görürdü. Artıq bir neçə ildir ki, qəzet ayda bir dəfə çıxarılır. Rayonun bütün təşkilatları, ümumtəhsil məktəbləri qəzetə abunə yazılır. Hər qəzetin nömrəsi 400-500 nüsxədə çap olunur və abunəçilərə çatdırılır. Qəzetdə əsasən Azərbaycan Respublikası Prezidenti İ.Əliyev cənablarının ölkənin ictimai-siyasi həyatında gördüyü işlər, aparılan quruculuq – abadlıq işləri, rayon İcra Hakimiyyətinin rayonda həyata keçirdiyi işlər vətənpərvərlik, narkomaniya və onun əleyhinə qarşı mübarizə, həkim məsləhəti, keçirilən yarışlar və mədəniyyət tədirləri, gənc yazarlar və sair mövzularda məqalələr və yazılar təhlil olunaraq dərc olunur. Qəzetdə verilən materiallar ictimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən müzakirə edilir və verilən məqalə və yazıların daha dolğun olması tövsiyyə olunur. Qəzetin təkmilləşməsi rayon İcra hakimiyyətinin daim diqqət mərkəzində olur.
Ordu sıralarına çağırış rayonda vaxtlı-vaxtında həyata keçirilir. Məskunlaşdığımız Aşağı Ağcakənd qəsəbəsi ərazisində hərbi hissə olduğundan müxtəlif tədbirlərə hərbi hissənin əsgərləri dəvət olunur və yaxud da gənclərimiz Gənclər və İdman İdarəsinin Mədəniyyət Şöbəsi ilə birgə hərbi hissələrdə təşkil etdikləri konsert proqramlı tədbirlərdə iştirak edirlər. Tədbirlərdə gənclərimizin əsgərlərlə təmasda olması gənclərimizin vətənə xidmət etmələrində böyük ruh yüksəkliyi yaradır.
Rayon Gənclər və İdman idarəsi 2012-ci ilin “idman ili” çərçivəsində yeniyetmə və gənclərin idmanla məşğul olmaları və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə bir sıra işlər görmüşdür. İl ərzində idarə silsilə idman tədbirləri keçirmiş və idmançıların rayondan kənarda iştirakını təmin etmişdir. İdarə tərəfindən ərazi icra nümayəndəliklərinə il ərzində yeniyetmə və gənclərin idmanla məşğul olması, ümumrayon yarışlarında vahid formada iştirakları üçün idman formaları alıb vermişdir.Börü, Meşəli, Yuxarı və Aşağı Ağcakənd qəsəbələrində olan idman meydançaları gənclərin iştirakı ilə təmizlənərək səliqə-səhmana salınmış və onların ixtiyarına verilmişdir.
Goranboy şəhərində məcburi köçkünlərüçün salınmış qəsəbədə gənclərin və yeniyetmələrin idmanla məşğul olmaları üçün Xocalı şəhər 1 saylı tam orta məktəbin idman zalında Cüdo və kinqboksinq idman növlərinin qruplarının açılmasına köməklik göstərilmişdir.
İdarə 2012-ci ildə rayon yeniyetmələri arasında şahmat turniri, “2 fevral Gənclər günü” münasibəti ilə voleybol turniri, “5 mart Bədən tərbiyəsi və İdman günü”münasibəti ilə stolüstü tennis turniri, yeniyetmələrin 8-ci Respublika oyunlarının proqramına əsasən voleybol və yüngül atletika üzrə rayon mərhələsi, “Vətənin müdafiəsinə hazıram” çoxnövlülüyü üzrə rayon birinciliyi, yeniyetmələr arasında futbol turniri, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kütləvi “kross” yarışı, idman ilə əlaqədar kiçik məktəblilər arasında “Şən startlar” idman yarışları, gənclər arasında voleybol turniri, “Narkomaniyaya yox deyirik” devizi altında kross yarışı, yeniyetmələr arasında şahmat və dama turnirləri və stolüstü tennis yarışları keçirilmişdir. Ayrı-ayrı idman növləri üzrə zona və respublika yarışlarında yeniyetmə və gənclərin iştirakı təmin olunmuşdur.
“Vətənin müdafiəsinə hazıram poliatlon” çoxnövlülüyü üzrə zona mərhələsində Xocalı rayon komandası II yerə layiq görülmüş və final mərhələsində 5-ci yerə çıxmışlar.
Məskunlaşdığımız ərazi dağlıq olduğundan idman zallarımız olmadığından gənclərimiz ilin qış aylarında idmanla məşğul ola bilmirlər.
Odur ki, məskunlaşdığımız Aşağı Ağcakənd qəsəbəsində idman məktəbinin və idman zalının tikilməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılmış və yaxın vaxtlarda tikintisinə başlanılacaqdır.
Rayonun İcra Hakimiyyəti ilə rayonun hüquq - mühafizə orqanları arasında əməkdaşlıq günün tələbləri səviyyəsində qurulmuşdur. Cinayətkarlığa qarşı mübarizə sahəsində mühüm əhəmiyyət kəsb edən cinayətkarlığın profilaktikası işinin gücləndirilməsi bir vəzifə olaraq hüquq – mühafizə orqanlarının qarşısında duran prioritet məsələdir. 2012-ci il ərzində Xocalı rayonu üzrə cinayətkarlıq, insan - hüquq və azadlıqlarının qorunması, rayonun hüquq – mühafizə orqanları tərəfindən onların xidməti ərazisində baş vermiş cinayət və inzibati hüquq pozmalara qarşı mübarizə gücləndirilmişdir.
Rayonun hüquq – mühafizə orqanlarının xidmət apardığı ərazilərdə kriminogen vəziyyət nəzarətdə saxlanılır. Qaçqın və məcburi köçkünlərin təhlükəsizliyini etibarlı təmin etmək məqsədi ilə strateji yerlərdə polis postları yaradılmış, gecə gəzintiləri təşkil olunmuşdur.
Rayonun hüquq – mühafizə orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbuluna daim diqqətlə yanaşılır.
Rayonun hüquq – mühafizə orqanlarının xidməti ərazisində 2011-2012-ci illərdə qeydə alınmış cinayət hadisələri aşağıdakı kimidir.
S/S |
İllər |
Qeydə alınmış cinayətlərin sayı |
Açılann cinayətlərin sayı |
Açılmayan cinayətlərin sayı |
Cinayətlərin açılma %-i |
2011-ci illə müqayisədə 2012-ci ildə artmış cinayətlərin sayı |
2011-ci illə müqayisədə 2012-ci ildə açılmış cinayətlərin azalma %-i |
1 |
2011 |
24 |
18 |
6 |
90,5 |
- |
- |
2 |
2012 |
43 |
31 |
12 |
81,6 |
19 |
- 8,9 |
Hquq mühafizə orqanlarında aşçılmayan cinayət hadisələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Görülən işlər təhlil edilərkən məlum olmuşdur ki, hsabat dövründə 2012-ci il ərzində hüquq – mühafizə orqanları əməkdaşlarının əhali ilə apardığı profilaktiki söhbətlər nəticəsində əhalidən qanunsuz saxlanılan müxtəlif növ silah-sürsatlar aşkar edilərək Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilmişdir.
Narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, yabanı halda yayılmasının qarşısının alınması məqsədi ilə xidməti ərazidə müvafiq tədbirlər görülmüşdür. “Xaş-xaş” 2012 şərti adı altında kompleks profilaktik tədbirlər planına uyğun olaraq “Mübarizə” komissiyası tərəfindən keçirilmiş, əməliyyat – axtarış tədbirləri nəticəsində 12 ton 325 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq “Məhvetmə” komissiyasının iştirakı ilə yaşıl kütlə şəklində yandırma üsulu ilə məhv edilmişdir.
Rayon Prokurorluğunda 2012-ci il ərzində 346 vətəndaş, 179 nəfər isə rayon Prokurorunun özü tərəfindən qəbul edilmişdir.
2012-ci ildə Xocalı rayon Prokurorluğu tərəfindən mütəmadi olaraq rayonun ərazi icra nümayəndəliklərində olmuş, əhali ilə görüşlər keçirmiş, keçirilən görüşlərdə hüquq pozuntularına, gənclərin pis vərdişlərdən uzaq olmaları və digər mövzularla bağlı maarifləndirilmə, qabaqlayıcı profilaktik tədbirlərə dair mühazirələr aparmışdır.
Xocalı rayon İcra Hakimiyyəti rayon Prokurorluğunun il ərzində gördüyü işləri yüksək qiymətləndirir və çox istərdik ki, rayon Məhkəməsinin işçiləridə əhalimiz arasında olsunlar və Məhkəməyə aid işlərə dair mühazirələr oxusunlar.
Xocalı rayon Məhkəməsində 2012-ci il ərzində 89 mülki, 5 inzibati işə baxılıb. Məhkəmədə baxılan hər bir iş qanun çərçivəsində həll edilmişdir.
Xocalı rayon Yanğından Mühafizə Hissəsinə təhkim olunmuş ərazidə 2011-ci ildə 13, 2012-ci ildə isə 9 yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın hadisələrində insan tələfatı olmamışdır.
Hüquq – mühafizə orqanlarına bir daha tövsiyyəmiz budur ki, cari ildə işlərini daha da yaxşı qursunlar və xidmət göstərdikləri ərazidə asayişin yüksək səviyyədə qorunmasını təmin etsinlər.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında sənədlərlə iş İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən həyata keçirilir. İcra Hakimiyyəti Başçısı Aparatında hər bir sənəd diqqət və qayğı ilə araşdırılır, aidiyyatı şöbələr tərəfindən icra olunur.
2012-ci idə vətəndaşların ərizə və şikayətlərinə baxılması təlimata uyğun aparılmış, gecikmə, süründürməçilik kimi hallara yol verilməmişdir.
2012 – ci ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatına 714 ərizə daxil olmuşdur. Bunlardan 600 ərizə vətəndaşlardan, bilavasitə İcra Hakimiyyəti Başçısına ünvanlanmışdır.
Prezident Administrasiyasından 19 ərizə, Nazirlər Kabinetindən 88 ərizə, Milli Məclisdən 7 ərizə, Dövlət orqanlarından və digər qurumlardan 114 ərizə daxil olmuşdur. 620 ərizənin icrası müsbət həll olunmuş, 53 ərizənin icrası əsassız sayılmış, 25 ərizə icradadır, 16 ərizə isə haqqında müvafiq izahat verilib.
Ərizələr aşağıdakı məzmunda olmuşdur.
S/S |
Müraciətlərin məzmunu |
2012-ci il üçün |
1 |
Daxil olmuş ümumi müraciətlərin sayı |
714 |
2 |
Səhiyyə məsələləri |
63 |
3 |
Təhsil məsələləri |
10 |
4 |
Gənclik məsələləri, Mədəniyyət və turizm |
18 |
5 |
Əmək və əhalinin sosial müdafiəsi |
42 |
6 |
Mənzil məsələləri |
48 |
7 |
Enerji və istilik təchizatı |
396 |
8 |
Su və kanalizasiya |
11 |
9 |
Hüquq məsələləri |
51 |
10 |
Digər məsələlər |
75 |
Rayon İcra Hakimiyyəti Başçısı Aparatına Azərbaycan Respublikası Prezidentinin imzaladığı 27 Fərman, 15 Sərəncam daxil olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetindən 42 Sərəncam və Qərar daxil olmuşdur.
Nazirlər Kabinetindən 99 xidməti sənəd daxil olmuşdur.
Respublikanın digər qurumlarından 81 sənəd daxil olmuşdur.
Rayonun idarə, müəssisə və təşkilatlarından 64 xidməti sənəd daxil olmuşdur.
İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan sənədlərin icrasından heç bir neqativ hallar yaranmamışdır.
2005-ci ildən 2012-ci ilə qədər ərizə və şikayətlərin sayı aşağıdakı cədvələ uyğun olmuşdur.
Göstəricilərin adı |
2005 |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
Rəhbər orqanlardan daxil olmuş müraciətlər |
||||||||
Prezident Administrasiyasından |
1 |
5 |
30 |
32 |
45 |
22 |
20 |
19 |
Nazirlər Kabinetindən |
33 |
12 |
146 |
39 |
85 |
57 |
13 |
88 |
Mərkəzi orqanlardan |
- |
- |
40 |
- |
1 |
- |
- |
|
Vətəndaşların müraciətləri |
||||||||
Vətəndaşlar tərəfindən daxil olan müraciətlər |
367 |
437 |
658 |
513 |
325 |
383 |
456 |
600 |
Vətəndaşlardan daxil olan ərizələrin sayının artması onunla izah olunur ki, vətəndaşlar müəyyən sənədləri bərpa etmək üçün ərizə ilə daha çox müraciət edirlər. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların ərizə və şikayətlərinə baxılmasına nəzarəti daha da gücləndirəcəyik.
2011- ci ildə Respublikanın 20 bölgəsində olmaqla əhali ilə 45 səyyari görüş-qəbulları, 2012-ci ildə isə 18 bölgədə olmaqla əhali ilə 44 səyyari-görüş qəbulları tərəfimizdən keçrilmişdir.Keçirilən qəbulların nəticəsi aşağıdakı kimidir.
Mövzu |
İllər üzrə |
Fərq + |
Həllini tapan |
Fərq + |
İcratada olan |
Fərq + |
|||
2011 |
2012 |
2011 |
2012 |
2011 |
2012 |
||||
Qaldırılan təklif |
197 |
154 |
- 43 |
127 |
115 |
- 12 |
70 |
39 |
- 31 |
İqtisadi məsələlər üzrə |
10 |
31 |
+21 |
8 |
27 |
+19 |
2 |
4 |
+2 |
Sosial və humanitar |
154 |
84 |
- 70 |
100 |
64 |
- 36 |
54 |
20 |
- 34 |
İnfrasturuktur məsələlər üzrə |
33 |
39 |
+9 |
19 |
24 |
+5 |
14 |
15 |
+1 |
2011-ci ildə qaldırılmış təkliflərin 64 %, 2012-ci ildə isə 75% -i icra olunmuşdur. Qalan təkliflər isə icrata götrülmüşdür. Bunlar Hacıkənd qəsəbəsi və Gəncə şəhərinin yataqxanalarda məskunlaşmış əhali üçün yeni yaşayış massivinin salınması, Goranboy şəhəri yanında salınmış yeni yaşayış massivində xeyir-şər üçün binanın inşa edilməsi və s.
Səyyari qəbullar zamanı irəli sürülmüş təkliflər Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinə vaxtı-vaxtında elektron poçt vəsitəsi ilə göndərilmişdir.
Aparılan təhlildən məlum olur ki, ilbə-il müraciət edənlərin sayı azalır, qaldırılmış təkliflərin həllində isə müsbət dəyşiliklər olmuşdur. Bu onunla bağlıdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına ölkə Prezidenti cənab İlham Əliyev daima diqqət və qayğı göstərir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulu hər həftənin 2 günü keçirilir. Keçirilən qəbullar yazılı və şifahi şəkildə qeydə alınmışdır. Beləliklə 2011 və 2012-ci illərdə vətəndaşların qəbulları icra nümayəndəliklərində aşağıdakı kimidir.
S\s |
Nümayəndəliyin adı |
2011 |
2012 |
1 |
Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
62 |
115 |
2 |
Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
103 |
252 |
3 |
Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
42 |
92 |
4 |
Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
48 |
41 |
5 |
Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
28 |
42 |
Təhlil göstərir ki, İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə əhalinin qəbul edilməsi yaxşı təşkil olunmuşdur. Ona görə də RİH Aparatına müraciət edənlərin sayı ilbəil azalmaq üzrədir.
2012-ci ildə rayon İcra Hakimiyyəti başçısı yanında 24 Şura iclası keçirilmişdir. Şura iclasında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən 8 İctimai-siyasi və humanitar məsələlər şöbəsindən 5, Aqrar məsələlər şöbədən 4, Ərazi idarə etmə və yerli özünüidərəetmə orqanları ilə iş şöbəsindən 3, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən 3, Hüquq şöbəsindən 2, Memarlıq və tikinti şöbəsindən 2, Mülkü Müdafiə qərərgahından 1 eyni zamanda qarşıya çıxan cari məsələlər də müzakirə edilmişdir.
Məlum Dağlıq Qarabağ hadisələrindən sonra rayonumuzun əhalisi Respublikanın 52 şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır. Azərbaycanlılar yaşayan 1 şəhər, 1 qəsəbə və 8 kənd olmaqla 5 İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi əhalinin daha çox məskunlaşdığı yerlərdə Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində, Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Gəncə şəhərində, Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Gəncə şəhəri Hacıkənd qəsəbəsində, Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Börü qəsəbəsində, Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Meşəli kəndində fəaliyyət göstərir.
Xocalı rayonu 26 noyabr 1991-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin Statusunun ləğv edilməsi haqqında qanuna əsasən keçmış Əsgəran rayonunun bazasından yaradılmışdır. Rayonun 2012-ci ilin sonuna 27430 nəfərdir. Bunlardan 14500 nəfəri azərbaycanlılar, digərləri isə erməni və qeyri millətlərdir. 2011-ci ilin sonuna əhalinin sayı 14018 nəfər olmuşdur. 2012-ci ildə əhalinin artımı 482 nəfər olmuşdur. 2012-ci ildə azərbaycanlıların 49% (7158 nəfər) kisi, 51% (7342 nəfər) qadınlardır.
2011-2012-ci illərdə Ordu sıralarında xidmət edənlər sayı və təxris olunanların sayı aşağıdakı kimi olmuşdur.
S.s |
Mövzu |
2011 |
2012 |
1 |
Ordu sıralarına göndərilənlər |
69 |
74 |
2 |
Ordu sıralarından təxris olunanlar |
73 |
47 |
Bildirmək istəyirəm ki, rayonumuzda həqiqi hərbi xidmətdən yayınan olmamışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi iş planı əsasında fəaliyyət göstərmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin illik hesabatları rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafik əsasında yerlərdə keçirilmişdir. Hesabat yığıncaqlarında hüquq-mühafizə orqanları ilə yanaşı rayonun Şura üzvüləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak etmişlər. Hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əldə etdikləri uğurlarla yanaşı, mövcud nöqsanlar da hərtərəfli təhlil etmişdir. Hesabat yığıncağında qaldırılmış təkliflər ümumləşdirilmiş, Şura iclasında müzakirə edilmişdir.
Ötən ildə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin hesabat yığıncaqlarında qaldırılmış təkliflərin əksəriyyəti öz həllini tapmış, qalanları barədə aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri Respublikanın mövcud Qanunları, Qanunvericilik aktlarını, Prezidentin Fərman, Sərancam və çıxışlarındakı müddəaları, Nazirlər Kabinetinin Qərarlarını, həmçinin, rayon İcra Hakimiyyəti başçısının qarşıya qoyduğu məsələləri həll etmək məqsədi ilə üzərinə düşən məsuliyyəti dərindən dərk edir, Azərbabcan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni əldə rəhbər tutaraq işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2013-cü ildə Azərbaycan Respublikasında Prezident seçkiləri keçiriləcəkdir. İnzibati ərazi dairəsi üzrə nümayəndələri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəyləri haqqında Əsasnamə”nin 5.1.7 maddəsinə ciddi əməl etməli, seçici siyahılarının dəqiqləşdirilməsinə və seçki məntəqələrinin hazırlığı ilə bağlı olaraq seçki məntəqələrinin sədirləri ilə yaxından əlaqə saxlamalı, əhalinin seçkilərdə mütəşəkkil şəkildə iştirak etmələri üçün marifləndirmə işinə ciddi yanaşmalıdırlar. Görülmüş işlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı Aparatına məlumat verməlidirlər.
Onu da qeyd etmək istəyirəm ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində sənədləşmə və kərküzarlıq işləri təlimata uyğun şəkildə aparılır.Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetlə orqanları ilə iş şöbəsi sənədləşmə işlərini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində qanuna uyğun şəkildə aparılmasına daima nəzarət edir və lazımı təlimatlarla təmin edir. Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinin Baş Məsləhətçisi cənab R.Ağayev Xocalı şəhər, Kərkicahan qəsəbə, Cəmilli kənd, Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində sənədləşmə işlərinə baxış keçirərkən razlığını bildirmiş və lazımı tövsüyələrini vermişdir.
Rayonda fəaliyyətdə olan 5 İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində əhalinin uçotu təsərrüfatbaşına kitablarda aparılırdı. 2013-cü ilin yanvar ayının ikinci yarısından etibarən Xocalı şəhər, Kərkicahan qəsəbə,Xankəndi şəhər əhalisinin uçotu ev təsərrüfatlarının uçotu kitabında aparılır. Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 22 ədəd, Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 12 ədəd ev təsərrüfatlarının uçotu kitabı verilmişdir. 01.02.2013-cü il tarixində Xocalı rayonunda olan seçicilərin sayı aşağıdakı kimidir.
S.s |
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin adı |
Əhalinin sayı (nəfər) |
Seçicilərin sayı (nəfər) |
1 |
Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
7317 |
4757 |
2 |
Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
3853 |
2550 |
3 |
Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
1800 |
1173 |
4 |
Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
953 |
633 |
5 |
Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
590 |
381 |
6 |
Yekun |
14513 |
9494 |
Bildirirəm ki, Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) proqramı 2007-ci ildən etibarən tətbiq olunmağa başlanılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Yerli İcra Hakimiyyətləri haqqında yeni Əsasnamədə RİAİS proqramının tətbiqi ilə əlaqədar Rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlil sektoru yaradılmışdır.
RİAİS proqramı 51 formadan ibarət şablonlardan tərtib edilmişdir. Xüsusi proqram əsasında rayonun 2003-cü ildən hal-hazıradək olan bütün göstəricilər ayrı-ayrı formalar üzrə tərtib olunaraq tələb olunan qrafik əsasında mərkəzi serverə ötürülməsi təmin edilir. Hal-hazırda mövcud formalar üzrə məlumatların qrafik əsasında tələb olunan vaxt müddətində mərkəzi serverə yerləşdirilməsi təmin olunur. RİAİS proqramı üzrə ümumilikdə Xocalı rayonun müxtəlif sahələrini əhatə edən 38 forma işlənilir ki, bundan 2 forma gündəlik keçirilən tədbirləri və baş verən hadisələri, 32 forma həftəlik, aylıq, rüblük, yarımillik, illik məlumatları, 4 forma isə yalnız ölkədə keçirilən seçki kompaniyaları zamanı olan məlumatları əhatə edir.
Yuxarıda qeyd olunan 38 forma üzrə məlumatlar rayonda bütün sahələri əhatə edən göstəricilərdən ibarətdir ki, bu formalar üzrə məlumatlar Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, Rayon Statistika İdarəsi və rayonun aidiyyəti müəssisə və təşkilatları ilə birlikdə tərtib olunur.
RİAİS proqramı üzrə göstəricilərin toplanılaraq mərkəzi serverə ötürülməsi ilə yanaşı, bu göstəricilər mütəmadi olaraq təhlil edilir. Rayonda hansı sahələrdə inkişafın, hansı sahələrdə geriliklərin mövcudluğu mütəmadi olaraq təhlil olunur, geriliklərin baş vermə səbəbləri araşdırılaraq həmin sahənin inkişafı tərəfimizdən nəzarətə götürülərək müvafiq tədbirlər görülür.
12 fevral 2013 – cü il tarixdə Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013 cü illərdə sosial – iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Cənab Prezident özünün yekun nitqində bir neçə məqmlara toxunmuşdur ki, mən bu məqamlardan bəzilərinin bu zalda əyləşən məmurların diqqətinə çatdırmaq istəyirəm.
Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan – aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, bütün bunlar aradan götürülməlidir.
Xocalı rayon İcra Hakimiyyətinin Başçısı : Ş.Ş.Usubov.
18.02.2013-cü il