Şriftin ölçüsü :

Saytın rəngi :

Ana Vətən Azərbaycan, doğma yurdum!

22 noyabr 2020 | 16:00

Hər qarışı, hər yeri çox dəyərlidir. Sənin qoynunda doğulub, boya - başa çatmaq bir fəxarətdir. İnsanın kiçik yaşlarında dərk etmədiyi bəzi şeylər böyüdükcə onu narahat edir. Belə ki, körpə olduğumda itirdiyim yurdumu böyüdükdə dərk etmək kimi. Onun dəyərinin necə önəmli olduğunu bilmək kimi. 27 il öncə məcbur olaraq çıxarıldığım Ağdamın 27 il sonra dərk etdiyim kimi. Körpə qız idim. Onda nə bilirdim hara gedirik, niyə gedirik ? Kimdi bizi buna məcbur edən!? Xatırladığım sadəcə körpələrin qışqırığı, onların fəryadıdır. Köçkünlük həyatı çox ağırdır. Hələ də sənə “qaçqın” deyə müraciət olunan o söz.
Ümummilli Lider çox sevirdi bizi, ev qurdu bizə, iş verdi bizə, heç kimə izin vermədi bizi xor görməyə. Mənim xalqım, mənim millətim ifadəsi bizə bir ümid verirdi. Ölümündən sonra Cənab İlham Əliyevin gəlişi eynən atasının yolu ilə getməsi ümidimizi itirməyə qoymadı. Ağdamlılar hər zaman Prezidentin yanında olub, nə vaxtsa getmiş Ağdamın qayıdacağına inanmayıb, bunun üçün heç vaxt dualarını əskik etməyib.
     Hər kəs Ağdama dövlətimiz üçün nə qədər dəyərli olduğunu bilir. Ola bilər bəzi insanlar bunu geniş şəkildə bilmirlər. Ancaq öyrənməlidir. Hamımızın təkcə Ağdamın deyil işğaldan azad olunan bütün rayonlarımızın əhəmiyyətini dərk etməliyik. Anlamalıyıq ki, vandal erməni nəyə görə Qarabağa bu qədər meyil edib. Onun olmayan bir şey üçün qan tökülməsinə razi olub. Ağdam həm siyasi, həmdə strateji baxımından çox dəyərlidir. Ora inzibati mərkəz olub, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Orada böyük mədəni mərkəzləri, ticarət obyektləri, həmçinin ağır və yüngül sənaye mərkəzləri fəaliyyət gösətrib. Ağdam çörək muzeyi dünyanın bir çox ölkələrində məhşurdur. Baxmayaraq ki, işğal altında olub, amma hər zaman bütün dünya Ağdamı Azərbaycanın torpağı kimi tanımışdır. Onun haqqında yetərli qədər məlumata sahib olublar. Ermənistan 1988-ci ilin fevral ayında başlayaraq Qarabağa hücum etmiş, ən böyük zərbələrdən birini də Ağdama vurmuşdur. Daha sonra Ermənistan hakimiyyəti bəzi xarici dövlətlərin köməyilə Azərbaycanın rayonlarını işğal etdikdən sonra növbəti hədəf Ağdam seçdi. Böyük mübarizədən sonra 1993-cü il iyulun 23-ü Ağdam böyük şəhid verməsinə baxmayaraq işğal olundu.Çox insan öz yurdundan ayrı düşdü və qaçıqnlıq həyatı yaşandı. Düz 27 il...Mənə çox ağırdır, bunları yenidən xatırlamaq. Amma o qədər sevincliyəm ki, xatırlamağı özümə borc bilirəm. Çünki, mən bu gün qalibəm. Düşmən bütün bu törətdikləri əməllərin əlbət cavabını verəcəklər. Mən inanıram ki, bizim Prezident bu işin sonuna qədər gedəcək və onun cəzasını alınacağı üçün əlindən gələni əsirgəməyəcək. Biz bu işdə də onun arxasında yumruq kimi birləşməliyik. Hər birimizin öz cəbhəsi var axı. Əsgər cəbhədə həkim xəstəxanda, müəllim məktəbdə. Yəni müharibə bitdi , biz qalibik. Torpaqlarımız qayıtdı deyib kifayətlənməyəcək, hər cəbhədə onlara qarşı mübarizə aparaq. Mən qürur duyuram, torpağım qayıtdı, Ağdamım artıq azaddır. Bizi gözləyir. Cənab Prezidentin ayaq basdığı məsciddə, ibadət etdiyi o müqəddəs yerdə biz artıq gedib qurbanlarımızı kəsməliyik. Çox yaxın vaxtlarda bunlar hamısı olacaq, yetər ki, sən yaşa gözəl yurdum, rahat yat mənim dəyərli əsgərim.
     Prezident oranı çox ətraflı gəzdi. Üzündən çox böyük sevinc hiss olunurdu. Çünki, Ağdam mədəniyyət ocağı yenidən alovlanırdı, yenidən gözəl muğamlarımız dünyaya səs salacaq. Sənaye mərkəzləri böyüyüb dünyanın mühüm strukturuna çevriləcək. Hər kəs bilir, Azərbaycanın dəyərli muğam ustadları Arif Babayev, Mənsum İbrahimov Ağdam Qarqarından su içiblər. Həmçinin Ağdamda pambıqçılıq, üzümçülük, xüsusi ilə taxılçılıq geniş yayılıb. Bunların hər biri inkişaf etmək üçün yenidən öz  camaatını gözləyir.
     Prezidentimiz Ağdma məscidinin qarşısında çıxış edərkən xüsusilə vurğuladı ki, erməni mənfurları nə qədər lazımi yerləri dağıdıb, talan qoyub. Bir dənə salamat ev, divar qalmayıb. Hər yeri yerlə - yeksan ediblər. Bu ki, öz düşüncələrində biliblər ki, biz bununla məyus olacağıq. Amma mənim xalqım vüqarlıdır. Uçan bütün yerləri tikilib bərpa ediləcəkdir. Yetər ki , başında İlham Əliyev kimi lider, əlində də qüvvət olsun.

Ülviyyə Əhmədova,
Xocalı rayon gənci

Keçidlər