Muğamın beşiyi Ağdam, qələbən mübarək!
Artıq neçə günlərdir ki, 27 il həsrətində olduğumuz qələbəni qeyd edirik. Əvəzi olmayan igid oğullarımızın canı, qanı bahasına doğma Qarabağ torpaqları azğınlaşmış erməni quldurlarından təmizlənib.
Bu səfalı yerlərdən biri musiqi beşiyimiz olan Ağdamdır. Vaxtilə hər tərəfi gül-çiçəklə bəzənən böyük infrastruktura malik olan bu şəhərdə çoxlu muğam ustaları yetişib: A.Babayev, Q.Rüstəmov, M.İbrahimov, S.Məmmədov, T.Bayramov və.s. Həm kənd təsərrüfatı, həm sənayesi inkişaf edən bu şəhəri erməni vandalları vəhşicəsinə dağıdıb. Şanlı ordumuz bayrağımızı müqəddəs cümə məscidinə sancdı, Qələbə sorağı bütün dünyaya yayıldı. Həmdə döyüşsüz azad edildi. Bu bizim uğurumuzdur. Möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan işğaldan azad olunan bütün torpaqlarda, o cümlədən Ağdamda oldular. Erməni vandalizmini tənqid etdilər. Onlar müqəddəs cümə məscidinə “Quran” kitabı ilə getdilər, Tanrıya dua etdilər. Möhtərəm Ali Baş Komandanımızın bu hərəkətləri ilə biz qürur duyuruq. O dedi ki, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik. Düşmən elə bilməsin ki, buna gücümüz çatmır. Biz qurub, yaradan xalqıq. Hər şeyin ən yaxşısını Tanrı bizə bəxş edəcək. Pambıqçılıq, taxılçılıq, üzümçülük, baramaçılıq, idman, turizm, Qarabağ atçılığı, bir sözlə hər şeyi dirçəldəcəyik. Ağdamlılar ana yurduna qayıdacaq. Ulu babamız demişkən torpağı həm qorumalı, həmdə əkib-becərməliyik. Təki torpaq bizim olsun.
Arzu edirəm ki, qələbəmiz əbədi olsun, torpağımızın bütövlüyü əbədi olsun. Xalqımız xoşbəxt olsun. Bunu bizə bəxş edən oğullarımıza eşq olsun. Şəhidlərimizin ruhu şad olsun.
Allah zəfərimizi qorusun!
Qarabağ Azərbaycandır!
Nataliya Yusifova,
Xocalı rayon Meşəli kənd tam orta məktəbin müəllimi