Kəlbəcərdə Azərbaycan Bayrağı dalğalanır
Strateji mövqedə yerləşən füsunkar təbiətə və zəngin mədəni irsə malik olan, Kəlbəcər rayonun işğaldan azad olunması, Prezident Cənab İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin qələbəsidir.
Uzun illlər erməni vandallarının işğalda saxlayaraq, rayon və kəndlərə qarşı barbarcasına davranış aparması, xalqımızın əsrlərlə maddi-mənəvi irsinə qarşı genosid münasibət göstərilməsi nə yerli, nə də ki, Beynəlxalq hüquqa sığmayan hərəkətlər hesab olunurdu.
Bacarıqlı siyasətçi, Müzəffər Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin 28 il ərzində düşmənin işğalda saxladığı doğma torpaqlarmızın işğaldan azad olunması naminə, başladığı zəfər yolu 44 gün ərzində rəşadətli ordumuzun, xalqımızın birliyi sayəsində şəhər və kəndlərin tamamilə işğaldan azad edilməsinə nail olundu.
Ölkəmizdə hər bir vətəndaş üçün möcüzə kimi görünən qələbəmiz, əslində 2-ci Qarabağ müharibəsində bütün gücü, ruhu ilə döyüşə səfərbər olunmuş, Azərbaycan əsgərinin və zabitinin düşmənə qarşı döyüşərək qanı-canı hesabına əldə etdiyi şanlı qələbəni xalqımıza Ali Baş Komandan İlham Əliyev və Ordumuz bəxş etmişdir. Əlbəttə ki, bu razılıq Prezident Cənab İlham Əliyev qeyd etdiyi kimi “Bu Bəyanat heç də asan əldə olunmamışdır", çünkü Dövlətimizin illərlə apardığı iqtisadi, siyasi və hərbi gücün sayəsində düşmən həm döyüş meydanında, həm də siyasi meydanda ağır məğlubiyyətə düçar edilmiş, məhz bu bəyanatı son anda xilas olmaq naminə, ermənistan hakimiyyəti imzalamağa məcbur olmuşdur.
Bəyanata əsasən noyabr ayının 15-də Kəlbəcər rayonun və kəndlərini Azərbaycan Respublikasına təhvil verilməli halda yüksək dağ relyefi bir çıxış yolunun və soyuq hava şəraitinin olması ilə əlaqədar ermənistan hakimiyyəti erməni əhalisinin Kəlbəcərdən tamamilə çıxarılması üçün 10 gün əlavə müddət verilməsinə razılıq əldə olunmuşdur.
Ərazisi 200 kvardat kkilometr olan ərazicə ən böyük rayonumuz olan Kəlbəcərin bir güllə atılmadan, bir şəhid vermədən rayonun və 126 kəndin tamamilə işğaldan azad edilməsi, 2020-ci ilin Noyabr ayının 25 - də, baş vermişdir. Digər işğaldan azad olunmuş rayonlarmızın işğaldan azad olunması kimi 25 noyabr tarixdə Kəlbəcər sakinlərinin vətən həsrətinə son qoyularaq, həmin tarixdə müzəffər ordumuz, Kəlbəcər rayonuna daxil olaraq rayon ərazisini nəzarətə götürərək ermənistanla Kəlbəcər arasında olan sərhəd keçid məntəqələrində əsgərlərmiz mövqe tutmuşdur.
Erməni vandallarının 28 ildə hər rayon və kəndimizə qarşı məqsədli şəkildə genosid siyasəti yürütməsi, xalqımızın qədim maddi-mənəvi dəyərlərinə qarşı barbar yanaşması, tarixi abidələrmizin dağıdılması mülki evlərin və meşələrin məhv edilməsi, yandırılması, davam etdirilməklə yanaşı, ermənilərin Kəlbəcərdən çıxarkən də bu vəhşiliklərini dünyaya bəyan etmişdilər. Hansı ki, o zaman hakimiyyətə zor gücü tətbiq etməklə gəlmiş AXCP-nin səhlənkarlığı və hakimiyyətdə yaranmış boşluq sayəsində Kəlbəcərin işğala məruz qalmasını asanlaşdırmışdır. Çox qəddarcasına düşmən yanaşaraq qarlı bir soyuq şaxtalı qış günü kəlbəcərlilərin ərazidən çıxmaları üçün 10 saat vaxt verilmişdir. Erməni terrorçu Monte Monekonyanın başçılığı altında rayona hücum etmiş erməni cəlladları rayondan və kəndlərdən əhalinin qəddarlıqla çıxarılması o zaman hər bir azərbaycanlını sarsıtmış, yüzlərlə soydaşımız əsir götürülmüş vəhşiliklə öldürülmüşdür. Lakin ermənilərə əlavə 10 gün də vaxt verilməklə Kəlbəcərdən çıxarılması üçün hər bir lazımi şərait yaradılmış, dövlətimiz yenə də öz hümanist davranışını vətən müharibəsində olduğu kimi yenə də öz davranışı ilə dünyaya humanizm sərgiləmişdir.
Kəlbəcərin işğaldan azad olunması çox böyük uğur, çox böyük qələbə hesab olunur. Çünkü, 74 mindən artıq əhalinin öz yurdundan qovularaq məcburi köçkün kimi yaşamasına məruz qoyan düşmən, 28 ildən sonra rayonun yenidən sakinlərinə qaytarması yolunda siyasi qələbəmizin təzahürü Prezidentimizin kəlbəcərlilərə bəxş etdiyi ən böyük zəfər sevinci kimi qarşılanmışdır.
İndi hər bir Azərbaycanlı qürurludur! Bu qürur hər bir məcburi köçkünün, hər bir vətəndaşın öz vətəni ilə qovuşması, illərlə unudulmayacaq bir zəfər tarixi sayəsində əldə edilməsi üçün Prezidentimə və Ordumuza minnətdaram!
Uca Tanrı Prezidentimi və xalqımı qorusun!
Aydın Əliyev,
Xocalı rayon ziyalısı