Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin xatirəsi yad edildi

12 dekabr 2020 | 16:00

12.12.2020-ci il tarixdə Xocalıların kompakt şəkildə məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.
     Tədbirdə Xocalı ayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Xocalı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Aqil Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Şakir Əliyev, eyni zamanda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak etmişlər.
     Tədbir iştirakçıları Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən "Heydər" parkında Ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Daha sonra Ulu öndərin və vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər