Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı onlayn formatda keçirilmiş ümumrayon tədbiri
Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Xocalı rayonu üzrə fevral ayı ərzində keçirilmiş tədbirlərdən biri də faciənin ildönümünə həsr olunmuş onlayn formatda keçirilmiş ümumrayon tədbiridir. Tədbirdə Xocalı rayon İHB-nın müavini Lamiyyə Qarayeva, rayon ziyalıları və rayon ictimaiyyətinin nümayəndələri, həmçinin bir sıra QHT-nin üzvləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən Lamiyyə Qarayeva Xocalı soyqırımının acı həqiqətləri, hadisələrin tarixi xronologiyası haqqında ətraflı məlumat vermişdir.
Tədbirdə həmçinin Xocalı soyqırımının Tanıtım İctimai Birliyinin üzvü Aqil məmmədov, Milli Qəhrəman İctimai Birliyinin sədri Fiqurə Rüstəmova, həmçinin Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev çıxış etmişdir. Çıxış edən natiqlər Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində istər beynəlxalq səviyyədə, istərsə də respublika səviyyəsində aparılmış təbliğat işləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Sonda “Xocalını unutmayaq, unutdurmayaq” adlı videoçarx tədbir iştirakçılarına təqdim olunmuşdur.