31 Mart Azərbaycanlıların Soyqırımı
29.03.2013-cü il tarixdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon İcra Hakimiyyətinin akt zalında “31 Mart Azərbaycanlıların Soyqırımı” günü ilə bağlı ümumrayon tədbiri keçirildi. Tədbirdən öncə soyqırım qurbanlarının xatirəsini yad etmək üçün Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə rayon ziyalıları və ictimaiyyəti tərəfindən ziyarət edildi, abidə önünə əklil və tər gül dəstələri qoyuldu.
Ümumrayon tədbirində iştirak edən rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov 31 Mart Azərbaycanlıların soyqırımı ilə bağlı rayon sakinlərinə başsağlığı vermiş və erməni millətçiləri tərəfində xalqımıza qarşı keçirilən soyqırımı və təcavüz siyasətini pisləmişdir. Erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gündə davam etdiyini , onun ağır nəticələrinin isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdə olduğunu bildirmişdir. Rayon rəhbəri qeyd etmişdir ki, belə bir zamanda bizim məqsədimiz erməni millətçilərinin törətdiyi soyqırımı kimi cinayətləri dünya dövlətlərinin parlamentlərinə, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına və pislənilməsinə nail olmalıyıq.
Ş.Usubov nitqinin sonunda xüsusilə vurğulayaraq qeyd etdi, biz inanırıq ki,
haqq-ədalətin bərpa olunacağı , münaqişənin beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında həllini tapaçağı gün uzaqda deyil.