Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir

05 mart 2021 | 16:00

Xocalı rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən, şəhid ailələri və qazilərimizlə mütəmadi görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır.
Yanvarın 26-da Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı şəhər 4 saylı tam orta məktəbin direktor əvəzi Vüsal Mustafayev, məktəbin fiziki tərbiyə müəllimi Xançoban Şirinov, Vətən Müharibəsində iştirak etmiş iki qardaşın – Zaur və Rəşad Quliyevlərin valideynlərini ziyarət ediblər. Görüşdə Ordumuzun Şanlı qələbəsindən danşılmış, topraqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş Vətən Müharibəsi iştirakçılarının valideynlərinə minnətdarlıq edilmişdir.
Fevralın 20-də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev, Xocalı rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd İƏD üzrə nümayəndəsi Şahid Rzayev və nümayəndəliyin əməkdaşlarının iştirakı ilə Vətən Müharibəsi şəhidi Ramazanlı Əlzamin Umud oğlunun Bərdə rayon Şirvanlı kənd qəbiristanlığında uyuduğu müqəddəs məkan ziyarət edildi. "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmiş igid döyüşçümüzün məzarı üstünə qərənfillər düzüldü, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna dualar oxundu. Şəhidimizin əmisi Mahmud Ramazanovla görüş zamanı onun valideynlərinə, yaxınlarına başsağlığı verildi, şəhid ailəsinin problemləri ilə maraqlanıldı.
Qeyd edildi ki, Xocalı rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov tərəfindən hər zaman şəhid ailələrinə diqqət və qayğı göstərilir. Şəhidlər Vətən üçün, torpaqlarımızın azadlığı üçün canlarından keçdilər. Bizim edəcəyimiz isə onları daim yad etmək, ailələrinə maddi və mənəvi dəstəyimizi əsirgəməməkdir.
Xocalı rayon Gənclər və İdman İdarəsinin rəisi Elməddin Bağırov və Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD üzrə nümayəndəsi Tacir Əzizovun iştirakı ilə Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Xocalı rayonundan olan Əhmədov Nicat Həsən oğlunun, Mustafazadə Ceyhun Şükür oğlunun, Cavadov Namiq Rəhbər oğlunun, Abdullayev Tural Şakir oğlunun Bakı şəhərində müvəqqəti məskunlaşmış ailələri ilə görüş keçirilmişdir. Əvvəlcə şəhidlərimizin məzarları önünə qərənfillər düzən rayonumuzun gəncləri torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin ruhuna dualar oxudular.
Görüşlər zamanı igid döyüşçülərimizin ailə üzvlərinə başsağlığı verildi. Milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əldə olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə diqqət və qayğı göstərmək məqsədi ilə keçirilən görüşdə şəhidlərimizin əziz xatirəsi yad olundu, onların həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı. 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə şəhidlərimizin adına hazırlanmış Fəxri Fərmanlar onların ailə üzvlərinə təqdim edildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər