Xocalılar Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edirlər
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində "Heydər" parkında ucaldılmış dahi şəxsiyyətin abidəsi ziyarət edilərək önünə tər çiçəklər düzüldü, dahi şəxsiyyətə ehtiram bildirildi.
Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Daha sonra qəsəbə ərazisində Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Xocalı Rayon İcra Hakimiyyətinin, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivlərinin iştirak etdiyi aksiyada ümumilikdə 1000-dən çox meyvə və meşə ağacları əkildi.