Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar Ulu Öndərin əziz xatirəsini yad etdilər

10 dekabr 2021 | 16:00

10.12.2021-ci il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Xocalı rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşları, idarə, müəssisə rəhbərləri "Heydər Parkı"nda ucaldılmış dahi şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə ehtiram əlaməti olaraq gül dəstələri düzdülər.

 

Keçidlər