Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xocalı rayon təşkilatı sədrinin təqdimatı olub

10 fevral 2022 | 16:00

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi ilə bağlı Partiyanın yerli təşkilatlarında təqdimetmə mərasimləri keçirilib. Bu münasibətlə 10 fevral 2022-ci il tarixdə Xocalı rayonunda Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının sədri vəzifəsinə təyin edilmiş Əliyev Vahid Surxay oğlunun təqdimatı olub.
     Karantin qaydalarına ciddi əməl olunmaqla keçirilən təqdimat mərasimində Xocalı Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə-müəssisələrin rəhbərləri, rayon təşkilatının ərazi ilk partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
     Tədbiri giriş sözü ilə açan Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Vahid Əliyevlə uzun müddət bir yerdə çalışdığını qeyd edərək yerli rayon təşkilatının formalaşmasında, respublikamızın ictimai-siyasi həyatında rayon sakinlərinin fəallığının artırılmasında, gənclərə dəstək göstərilməsində, neqativ halların aradan qaldırılmasında və digər istiqamətlərdə onun fəaliyyətini yüksək qiymətləndirib. Rayonumuzun rəhbəri həmçinin Vahid Əliyevin keçdiyi həyat yolu, şəxsi keyfiyyətləri barədə məlumat verərək ona yeni vəzifəsində uğurlar arzulayıb.
     Tədbirdə çıxış edən Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, Xocalı Rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı rayon Kosalar kənd tam orta məktəbin direktoru Rafiq Quliyev, Vahid Əliyevin YAP Xocalı rayon təşkilatına yenidən sədr təyin edilməsinə münasibət bildirərək onu uzun illər birgə fəaliyyətdən yaxından tanıdıqlarını diqqətə çatdıraraq uğurlar arzulayıblar.
     Sonra Vahid Əliyev çıxış edərək ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə öz dərin minnətdarlığını bildirib.

 

 

Keçidlər