Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon Meşəli kənd tam orta məktəbində Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri keçirilmişdir

23 fevral 2022 | 16:00

Xocalı rayon İcra Hakimiyyətinin Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlərin təşkil edilməsi ilə bağlı "Tədbirlər Planı"na uyğun olaraq Xocalı rayon Meşəli kənd tam orta məktəbində “Xocalı soyqırımı şagirdlərin gözü ilə” devizi altında inşa və rəsm müsabiqəsi təşkil edilib, anım tədbiri keçirilib.
     Anım mərasimində şəhidlərimizin ruhu bir dəqiqiəlik sükutla yad edilib. Tədbirdə çıxış edən məktəbin direktoru Aqil Alışıov, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Natalya Yusibova, tarix müəllimi Sabir Qasımov Xocalı soyqırımının törədilməsi və onun nəticələri haqqında şagirdlərə ətraflı məlumat verdilər.
     Sonda şagirdlərin Xocalı soyqırımına həsr olunmuş bədii kompozisiyası və şeirləri dinlənildi.

 

Keçidlər