Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər üçün Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilib

23 fevral 2022 | 16:00

Xocalı soyqırımının otuzuncu ildönümü ərəfəsində "Xocalının səsi" qəzetinin və Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə məktəblilər üçün vətənpərvərlik ruhunda və Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.
     Film nümayiş etdirilməmişdən əvvəl "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, Yaloba kənd Tarix-diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov və Xocalı rayon İcra Hakimiyyəti başçısının Kosalar kənd iəd üzrə nümayəndəliyinin mühasibi Vasif Bağırov Xocalı soyqırımı haqqında şagirdlərə məlumat veriblər. Bildirilib ki, filmin nümayiş etdirilməsi başımıza gətirilən müsibətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması məqsədini daşıyır. Eyni zamanda bu filmlər şagirdlərin vətənpərvərlik ruhunu, mübarizlik əzmini və qisas hissini artırmalıdır. Necə mənfur düşmənlə qonşu olduğumuzu indiki və gələcək nəsillər yaxşı bilməlidirlər. 44 günlük Vətən müharibəsində şagirdlərimiz Şanlı zəfər tariximizi görmələri ilə yanaşı, erməni quldurlarının Gəncə və digər şəhərlərdə yaşayan dinc sakinləri raket atəşinə tutmalarına da şahidlik etdilər. Haqq savaşımızda düşmən diz çökdürüldü. Milli həmrəylik nəticəsində, qəhrəman oğulların hünəri və Ali Baş Komandanımızın qətiyyəti sayəsində torpaqlarımızı yağı tapdağından azad etdik.

Keçidlər