Şriftin ölçüsü :

Saytın rəngi :

"Tariximiz və qan yaddaşımız” adlı tədbir keçirilib

24 fevral 2022 | 16:00

24.02.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində salınımış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində "Tariximiz və qan yaddaşımız" adlı tədbir keçirmişdir. Tədbirdə muzeyin direktoru Tofiq Məmmədov, AMEA-nın Gəncə bölməsinin Ədəbiyyat bölməsinin müdiri Ruziyə Quliyeva, Gəncə Dövlət Tarix Qoruğunun direktor müavini Vüsal Alıyev, Gəncə Dövlət Tarix Qoruğunun Nizami Məqbərə filialının müdiri Gülnarə İsmayılova, Nizami Muzeyinin direktor əvəzi Könül Suleymanova, Kəlbəcər rayon 9 Saylı tam orta məktəbin tarix müəlliməsi Samirə Abdullazadə, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin direktoru Rafiq Quliyev, Vətən müharibəsi qaziləri və şagirdlər iştirak ediblər.
     Tədbir iştirakçıları ilk öncə qəsəbədə ucaldılmış Ana Harayı abidəsini ziyarət etdilər. Daha sonra Xocalı rayon Kosalar kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər