28 May Respublika Günü.
28 May Respublika Günü.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May Respublika günü münasibəti ilə 27.05.2013-cü il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində salınmış “Heydər “ parkında ümumrayon tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ş.Ş.Usubov vurğulayaraq qeyd etdi ki, olduqca qədim tarixə , zəngin mədəniyyətə malik olan Azərbaycan xalqı minilliklər boyunca azad müstəqil yaşamaq, öz hüquqlarını qorumaq məqsədi ilə, öz müstəqil suveren dövlətlərini qurmağa çalışmış və bu yolda imperiyalara qarşı azadlıq mücadiləsindən, mübarizəsindən - Milli azadlıq hərəkatından qorxmamış , çəkinməmiş əksinə qəhrəmanlıqlar göstərərək, öz tarixinə şanlı-şərəfli səhifələr yazaraq , ən yüksək amallarına məqsədlərinə çatmışlar. Artıq tariximizə çevrilmiş XX əsr bu dediklərimizə əyani sübutdur.
XX yüzildə Azərbaycan Türkləri şərəfli, qürur doğuran günlər, illər yaşadı. Belə ki, Yaxın və Orta Şərqdə müsəlman və türk dünyasında ilk dəfə xalqımız tərəfindən demokratik quruluş Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu Cümhuriyyət cəmi 23 ay -28 May 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər yaşadı.
Beləliklə mövcud olduğu 23 ay ərzində müharibə şəraituində yaşamasına baxmayaraq, Azərbaycan hökuməti millətin mənafeyinə uyğun daxili və xarici siyasət yeritmiş, müstəqil dövlət üçün zəruri olan hər şeyi etmiş, dövlət atributlarını – himn, gerb və üç rəngli bayrağını bərqərar edə bilmişdir.
May ayının 28-də yaranan kimi ADR özünün aktiv xarici siyasi fəaliyyətinə başlamışdır. Nazirlər şurasının sədri ADR-in yarandığı barədə məlumatı Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Ruminiya, İran, İspaniya, Norveç, Danimarka, İngiltərə, İtaliya, Fransa və s. dövlətlərin xarici işlər nazirliklərinə göndərildi.
Paris Sülh Konfransı Ali Şurasının 1920-ci il yanvarının 10-da çağırmış iclası yanvarın 11-də Azərbaycan və Gürcüstanın müstəqilliyini defakto tanıdı. Lakin bu müstəqillik uzun sürmədi.
1920-ci ilin aprel ayının 28-də, yarandığı gündən 23 ay sonra Azərbaycan xalqının qanı bahasına əldə olunmuş ADR bolşevik Rusiyasının Qanlı Ordusu tərəfindən dağıdıldı.
Azərbaycan bu gün ulu öndərin dediyi kimi dünyaya günəş kimi doğub. İqtisadi yüksəliş Azərbaycanı Qafqaz regionunun sözügedən ölkəsinə çevirib. Bölgədə hər hansı bir problem, məsələ Azərbaycanın razılığı olmadan həll edilə bilməz.
Əsası ulu öndərimiz, ümummilli liderimiz H.Əliyev tərəfindən qoyulmuş
siyasi irs-siyasi kurs hörmətli cənab prezidentimiz İ.Əliyev tərəfindən bu gündə layiqincə davam etdirilir. İ.Əliyevin rəhbərliyi ilə Azərbaycan işğalı gələcəyə doğru irəliləyir. Bu istiqamətdə onun yoluna tükənməz enerji mənbəyi, sönməyən məşəl kimi H.Əliyev irsi işıq saçır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ş.Ş.Usubov nitqinin sonunda əlavə olaraq bildirdi ki, mən bir daha “ Respublika Günü ” münasibəti ilə sizləri və sizin timsalınızda bütün Azərbaycan xalqını təbrik edərək deyirəm:
-Yaşasın bir kərə yüksələn bayrağı heç zaman enməyən, müstəqilliyi dönməzliyə, daimliyə və əbədiyyətə qovuşmuş Azərbaycan!