İndi biz Xocalı qayıtmağı səbirsizliklə gözləyirik
Fevral ayının 22-də Xocalı rayon Kərkicahan qəsəbə 6№li tam orta məktəbdə Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbir iştirakçıları Xocalı faciəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə qeyd olundu ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il keçir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Məktəbin direktoru tədbir iştirakçıların diqqətinə çatdırdı ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edildi. Azərbaycan böyük fəlakətlə üz-üzə qaldı.
Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları laiqli cəzalarına çatmalıdırlar cinayət cəzasız qala bilməz. Vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Ermənistanın təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı öz torpaqlarının işğaldan qurtarılması uğrunda Vətən müharibəsinə qalxdı. 44 gün sürən döyüşlər nəticəsində Azərbaycan ordusu qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
İndi biz Xocalıya qayıtmağı səbirsizliklə gözləyirik. Allah o günü bizə tezliklə qismət eləsin.