17 mart 2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Oğuz rayonu "Azərbaycan-60" qəsəbəsində müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirmişdir.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən 17 mart 2022-ci il tarixdə Oğuz rayonu "Azərbaycan-60" qəsəbəsində yerləşən Qaragav kənd tam orta məktəbinin inzibati binasında həmin ərazidə müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat vermişdir.
Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları nərahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır.Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.
Səyyar görüş-qəbulda 27 nəfər iştirak etmişdir.