30 mart 2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Bakı şəhəri Binəqədi rayonunda müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirmişdir.
30 mart 2022 | 16:00
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin mart ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən 30 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunda müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar görüş - qəbul keçirdi. Səyyar görüş- qəbulda problemi olan vətəndaşlar fərdi şəkildə qəbul edildi. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürüldü.
Qeyd edək ki, səyyar görüş-qəbulda 46 nəfər vətəndaş iştirak etdi.