Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılar qanvermə aksiyasında fəal iştirak etdilər

13 aprel 2022 | 16:00

13.04.2022-ci il tarixdə qan xəstəliyi olan xəstələrə, hemofiliyalı xəstələrə yardım məqsədilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə qanvermə aksiyası keçirildi. "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təşəbbüsü, Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilən aksiyaya rayon icra hakimiyyəti aparatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrinin sağlamlığı imkan verən işçiləri qoşuldular.
     Mərkəzi Qan Bankının Gəncə Bölməsinin həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
     Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, ölkədə hemofiliya xəstələrinin qana böyük tələbatı vardır. Hemofiliya-qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir. Xəstəlik zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər həyati əhəmiyyətli orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir. Hemofiliyanın ağır formasından əziyyət çəkən xəstələr oynaqlara və əzələlərə tez-tez qan axması nəticəsində əlil halına düşürlər.

 

Keçidlər