Şriftin ölçüsü :

Saytın rəngi :

14 aprel 2022-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Gəncə şəhəri Nizami rayonu Bayan 143 a ünvanında müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirmişdir.

14 aprel 2022 | 16:00

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2022-ci ilin aprel ayında yerlərdə keçirəcəyi qəbul və görüşlərin qrafikinə əsasən 14 aprel 2022-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu Bayan 143 a ünvanında yerləşən Gəncə Dövlət Regional Kollecinin yataqxanasında həmin ərazidə müvəqqəti olaraq məskunlaşmış Xocalı rayon sakinlərinin səyyar-görüş qəbulunu keçirmişdir.
     Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, həmçinin Xocalı rayon sakinləri iştirak etmişdir.
     Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat vermişdir.
     Daha sonra qəbulda iştirak edən vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlər Rayon İcra Hakimiyyəti başçısının nəzərinə çatdırılmışdır.Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.
     Səyyar görüş-qəbulda 42 nəfər iştirak etmişdir.

 

Keçidlər