Ordumuz qürur mənbəyimizdir!
Ordumuz qürur mənbəyimizdir!
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibəti ilə 26 iyun 2013-cü il tarixdə Xocalı rayon İcra hakimiyyətinin bir qrup nümayəndəsi Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsədə olmuşdur.
Hərbicilərimizi Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edilmiş, silahlı Qüvvələrin bütün şəxsi heyətinə uğurlar arzu edilmişdir. Nitq söyləyənlər ordumuzun yaranma və inkişaf tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdilər. Eyni zamanda bildirmişdilər ki, ordu quruculuğu ölkəmiz üçün ən başlıca, ən vacib məslədir. Bu hər bir ölkə üçün də belə olmalıdır. Xüsusilə bizim üçün, yəni müharibə şəraitində yaşayan ölkə üçün bu, çox böyük əhəmiyyətə malikdir.
Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfində qoyulmuş və bu gün ordumuza cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi qayğı və diqqətinin bariz nümunəsi olaraq bu gün paytaxtımız Bakıda keçirilən Hərbi Paradda ilk dəfədir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silahlar və döyüş maşınları nümayiş etdirilmişdir. Bu cür hərbimizdəki inkişaf düşmən ölkəni inanılmaz dərəcədə qorxuya salır. Hərbi potensialımızla regionda söz sahibi olmağımızı bir daha sübut etdik. Ölkə rəhbərimiz qeyd etdiyi kimi Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün 2003-cü ildə bizim hərbi büdcəmiz 163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu il isə 3,7 milyard dollara çatmışdır. Biz son illər ərzində ən müasir texnikaları almışıq Yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik olan silahlardır. Son illərdə yüzə yaxın döyüş helikopteri, onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir.
Ordumuza bu cür qayğı hərbi qulluqçularımızı düşməni hər an məhv etməyə ruhlandırır və vətənpərvərlik hissi artırır.
Tədbir Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin təşkil etdiyi konsert proqramı ilə son çatdı.