Şriftin ölçüsü :

Saytın rəngi :

10 sentyabr 2013-cü il tarixdə Xocalı rayon təhsil işçilərinin sentyabr konfransı.

11 sentyabr 2013 | 15:00

 

10 sentyabr  2013-cü  il  tarixdə  Xocalı  rayon
təhsil   işçilərinin     sentyabr      konfransı.

Azərbaycanda   Dövlət  Müstəqilliyinin  bərpa  olunmasından  keçən  iyirmi  iki il ərzində   ümumilli   liderimiz  H.Əliyevin  bütün  sahələrdə  müəyyənləşdirdiyi   uğurlu  strategiya  -  sabitlik,  stabillik, əmin-amanlıq  nəticəsində  təhsilin  humanistləşdirilməsi, demokratikləşdirilməsi, təhsil  müəssisələrinin  müstəqilliyinin  artırılması,  maddi- texniki  bazalarının  müasirləşdirilməsi,  təhsildə  milli  zəminin  gücləndirilməsi, onun  dünya  standartlarına  uyğunluğu  və  digər  bu  kimi aktual  məsələlərin   təhsil  sahəsində  dövlət  siyasətinin   əsas  prinsipləri  kimi   təsbit  edilməsi  ölkəmizdə  təhsil  quruculuğunun   yeni  istiqamətlərinin  müəyyənləşdirilməsində   müstəsna  rol  oynadı. Bu illər  ərzində  demokratik  dəyərləri  özündə  əks  etdirən  çoxsaylı  tədbirlərin  keçirilməsi, inkişaf  etmiş  ölkələrin  təhsil  sahəsindəki  təcrübələrinin  öyrənilməsi,  söz və şəxsiyyət  azadlığına  geniş  meydan  verilməsi Azərbaycan  təhsilinin  inkişafına, dünya  təhsilinə  inteqrasiyasına  geniş  imkanlar  açmışdır. Təhsilin  humanistləşdirilməsi  ilə  bağlı  ideyaların  əməli  işdə  fəal  tətbiqi  təhsil  işçilərində  yeni  pedaqoji  təfəkkürün  formalaşdırılmasına   gətirib  çıxarmışdır.  Təhsildə  olan  bu cür  inkişaf  əsasən  təhsilin  mahiyyət  və  məqsədinə, onun cəmiyyətdəki  roluna  yeni  baxışların  formalaşması  ilə  müşayət  olunmuşdur. Nəticədə  yaddaş və hafizəyə  əsaslanan  təhsil öz yerini  təfəkkürə və bacarıqlara  əsaslanan  təhsilə  vermiş, son  illərdə  tətbiq  olunan  nəticəyönümlü , şəxsiyyətyönümlü  təhsil əldə  olunmuşdur.
Ölkəmizdə  bütün sahələrdə  olduğu  kimi  təhsil  sahəsində də olan  yuxarıda  göstərilən  bu  irəliləyişlərə, inkişafa  təhsili ən gərəkli  sahə  hesab  edən  ümummilli  liderimiz  Heydər  Əliyevin  apardığı  və bu gün də möhtərəm  Prezidentimiz İlham Əliyev  cənabları  tərəfindən  davam  etdirilən  uğurlu  siyasət  nəticəsində  nail  olunmuşdur.”Neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsini  qarşıya qoyan  İlham Əliyev cənablarının bütün sahələrdə  olduğu kimi  təhsil  sahəsində apardığı uğurlu siyasət nəticəsində Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya etmişdir. 2003-cü illə  müqayisədə  2013-cü  ildə ölkəmizin  dövlət  büdcəsi  13 dəfə , minimum  əmək haqqı  17 dəfə, dövlət  büdcəsinin  tərkibində  təhsilə  ayrılan  ümumi  xərclər  8,5 dəfə, təhsilin  maliyyələşdirilməsi  və investisiya  qoyuluşu  46 dəfə,  təhsil  işçilərinin  orta  aylıq  əmək haqqı  7 dəfə  artmışdır. 2003-cü  ildən  sonra  təhsil sahəsində  həyata  keçirilən  inkişaf  yönümlü  dövlət proqram  və layihələrin  sayı  23-dür. 2003-2013-cü  illərdə  ölkə  üzrə  2500-ə yaxın yeni məktəb  və əlavə  korpuslar  tikilmişdir. Təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilmiş, istilik sistemi yenidən qurulmuş,   təhsil  sisteminin  informasiyalaşdırılması  proqramı  respublikanın  bütün  təhsil  müəssisələrində  uğurla  başa  çatdırılmışdır. Respublikanın  ümumtəhsil  məktəbləri  üzrə  hər  iyirmi  şagirdə bir  kompüter  düşür.  Bizim  təhsil  müəssisələrimizdə  hal-hazırda  59 kompüter  vardır.  Bu da hər  23 nəfər  şagirdə 1 kompüter  deməkdir. 2003-cü  ildən  etibarən  respublika  üzrə I-XI sinif  şagirdlərinin  pulsuz  dərsliklərlə  təminatı  100% olmuşdur. 2005-ci  ildən indiyə  qədər  respublika  məktəblərinin kadrlarla  təminatı  proqramı  uğurla  icra  olunmuşdur. Bu illər  ərzində  7300 nəfər  gənc  kadr  həvəsləndirmə  tədbirləri, əlavə  güzəştlər  tətbiq  olunmaqla   kadr  ehtiyacı  olan məktəblərdə  əmək  fəliyyətinə  başlamışlar. Bu illər ərzində Xocalı  rayonu  üzrə  bu  kateqoriyadan olan 22  nəfər  müəllim rayonumuzun  təhsil  müəssisələrində  əmək  fəaliyyətinə  başlamışdır. 2004 – 2013-cü  illərdə  600-dən  çox  bal  toplayan  abituriyentlərin  dinamikası  artımla  inkişaf  etmişdir.  Son altı il  ərzində  Xocalı rayonu  üzrə  ali məktəblərə  qəbul  olanlardan  7 nəfəri qəbul  imtahanlarında  600-dən  yuxarı  bal  toplamışdır, onlardan  4 nəfəri  Prezident  təqaüdçüləri olmuşdur.
Məcburi  köçkünlük  şəraitində  fəaliyyətinə  baxmayaraq   respublika  təhsilində  əldə  olunmuş  uğurlar  Xocalı  təhsilinə  də sirayət  etmişdir.
Məlumat  üçün  bildiririk  ki,  2012-2013-cü  tədris  ilinin əvvəlindən  etibarən  Xocalı RTŞ  tabeliyində  12 tam orta, 1 ibtidai məktəb  və 1 UYM   Xocalı  rayon əhalisinin  daha  çox  kompakt  şəkildə  məskunlaşdığı  7  bölgədə (Bakı ş, Gəncə ş,  Bərdə ş, Şəki ş,  Hacıkənd qəsəbəsi, Oğuz rayonu, Goranboy  rayonu) fəaliyyət  göstərir. Bu  təhsil  müəssisələrindən altısı (Xocalı  şəhər 1 saylı, 3 saylı, 4 saylı, 5 saylı, Meşəli, Cəmilli  kənd  tam  orta  məktəbləri ) “Qaçqın və Məcburi  Köçkünlərin  yaşayış  şəraitinin  yaxşılaşdırılması  və məşğulluğunun  artırılması” Dövlət  Proqramlarına  uyğun  olaraq  inşa  oluinmuş  yeni  müasir  tipli  məktəb  binalarında  fəaliyyət  göstərirlər.  Bakı  şəhəri  Sabunçu  rayonu Pirşağı  qəsəbəsində  keçmiş  istirahət  düşərgəsi  üçün  nəzərdə  tutulmuş fin evlərində  fəaliyyət  göstərən  Xocalı  şəhər 2 saylı  tam  orta  məktəb  üçün  “AKKORD” şirkətlər  qrupu  tərəfindən   8 otaqdan  ibarət  75  şagird  yerlik  yardımçı  bina  tikilmiş və 2012-ci ilin mart  ayında  müəllim və  şagirdlərimizin  istifadəsinə  verilmişdir.
Xocalı şəhər 1 saylı  tam orta  məktəbin  direktoru  Vidadi  Rəhimovun  təşəbbüsü  ilə Danimarka  Qaçqınlar  Cəmiyyəti  və Xocalı  şəhər 1 saylı  tam orta məktəb arasında  bir sıra  layihələr  həyata  keçirilmiş, Xocalı  şəhər 1 saylı  tam orta  məktəbə  bir sıra  idman avadanlıqları, tədris  ləvazimatları  verilmişdir.
2012-2013-cü  tədris  ilinin  əvvəlində  rayonumuzun  ümumtəhsil  məktəblərində 144  sinif  komplektində  1375  nəfər şagirdin  təlim-tərbiyəsi  ilə  272 nəfər  müəllim  məşğul  olmuşdur. Tədris  ili  ərzində 48  nəfər  şagird  respublikanın  məktəblərinə  getmiş, 27 nəfər  respublika  məktəblərindən  rayonumuzun  məktəblərinə  gəlmişlər. 15  iyul 2013-cü il  vəziyyətinə  məktəblərimizdə 1277 nəfər şagird  yuxarı  sinfə  keçmiş, 1 nəfər sinifdə  təkrar  saxlanmışdır.
Rayonda  fəaliyyət  göstərən  3 məktəbəqədər təhsil müəssisəsində   həyata keçirilən  pedaqoji  proses  RTŞ-nin  diqqət mərkəzində saxlanılır, bağça işçilərinə lazımi metodik tövsiyələr verilir.                                                   
2012-2013-cü  dərs  ilinin  sonunda respublikanın, eləcə  də  rayonumuzun  ümumtəhsil  məktəblərinin  IX  və XI siniflərində 2 fənn üzrə-  ana dili və riyaziyyat  fənnlərindən  mərkəzləşdirilmiş  qaydada   cavab  kartı  tətbiq  edilməklə TQDK  tərəfindən  keçirilmiş  buraxılış  imtahanlarına  hazırlıq  məqsədilə  buraxılış  imtahanları  modelinə  uyğun  suallar  əsasında  sınaq  imtahanlarının  keçirilməsi  bir  vəzifə  olaraq  RTŞ  əməkdaşlarına  və  məktəb  direktorlarına  tapşırılmışdır.  2012-2013-cü  tədris  ili  ərzində  RTŞ  əməkdaşları,  məktəb  rəhbərliyi  və fənn  müəllimləri  tərəfindən  mütəmadi  olaraq  Xocalı  rayon  ümumtəhsil  məktəblərinin  IX və XI siniflərində  buraxılış  imtahanı  modelinə  uyğun  suallar  əsasında  sınaq  yoxlamaları  keçirilmiş, sınaq  yoxlamalarının  nəticələri  məktəb  direktorları  və  fənn  müəllimləri  ilə  birgə  müzakirə  olunmuş, çatışmazlıqların  aradan qaldırılması  istiqamətində  müvafiq  tapşırıqlar  verilmişdir.
2012-2013-cü  tədris  ilinin  əvvəlində  rayonun  ümumtəhsil  məktəblərinin  IX  sinifləri  üzrə  128  nəfər   şagird   təhsil almışdır. Dərs  ilinin  sonunda  IX  siniflər  üzrə  126  nəfər şagird buraxılış  imtahanlarında  iştirak  etmişdir. Rayonun təhsil müəssisələrinin  IX sinifləri  üzrə mənimsəmə faizi 67 faiz olmuşdur.                                     
     Buraxılış  imtahanlarının  qiymətləndirmə  qaydalarına  edilmiş  dəyişikliyə  uyğun  olaraq  rayonun  ümumtəhsil  məktəblərinin IX siniflərini   bitirən  şagirdlərin  illik qiymətləri  əsasında  onların  hamısının  yekun  qiyməti  müvəffəq  olmuşdur. Bu şagirdlərə  118  ədəd  adi   nümunəli, 8 ədəd  fərqlənmə  şəhadətnaməsi  paylanmışdır.
2012-2013-cü  tədris  ilinin  əvvəlində  rayonun  ümumtəhsil  məktəblərinin XI  sinifləri üzrə  74  nəfər (əlavə  olaraq 1 nəfər xəstə  şagird  evdə fərdi  təhsilə  cəlb  olunmuşdur) şagird təhsil almışdır. Dərs  ilinin  sonunda XI  siniflər  üzrə  75  nəfər şagird buraxılış imtahanlarında iştirak etmişdir. Evdə fərdi  təhsilə  cəlb olunmuş 1 nəfər xəstə  şagird məktəb  pedaqoji şurasının qərarı ilə  imtahandan  azad  olunmuşdur. Rayonun təhsil müəssisələrinin XI sinifləri üzrə mənimsəmə faizi 80 faiz olmuşdur.
Rayonun ümumtəhsil  məktəblərinin XI siniflərini  bitirən  şagirdlərin illik qiymətləri  əsasında onların hamısının yekun qiyməti müvəffəq  olmuşdur.  Bu şagirdlərə  76 ədəd  adi nümunəli  attestat (75 ədədi ümumi təhsili bitirənlərə, 1 ədədi isə fərdi təhsili  bitirənlərə) paylanmışdır.
         2012-2013-cü  tədris  ilinin  sonunda  rayonun  təhsil  müəssisələrini  bitirmiş məzunlar   ali və  orta  ixtisas  təhsili  müəssisələrinə  aşağıdakı qaydada  qəbul olmuşlar.

S/s   Məktəblər Məzunların  sayı Sənəd verənlər          Qəbul  olanlar Əvvəlki illərin məzunlarından qəbul olanlar
    Ali məktəb Orta ixtisas məktəbi
1 Xocalı şəhər 1 saylı tam orta məktəb 11 8  5 1(ötən ilki məzun) 1
2 Xocalı şəhər 2 saylı tam orta məktəb 7 7 7 1 (ötən ilki məzun)
3 Xocalı şəhər 3 saylı tam orta məktəb 8 6 4 - 1
4 Xocalı şəhər 4 saylı tam orta məktəb 14 12 3 2 1
5 Xocalı şəhər 5 saylı tam orta məktəb 3 - - -
6 Kərkicahan qəsəbəs tam orta məktəb 11 9 1 -
7 Kosalar kənd tam orta məktəb 6 6 4 1
8 Başkənd kənd tam orta məktəb 2 2 - 2
9 Yaloba kənd tam orta məktəb 3 3 1 - 1
10 Meşəli kənd tam orta məktəb 6 3 - - 1
11 Cəmilli kənd tam orta məktəb 2 - - - 2
12 Qaragav kənd tam orta məktəb 2 2 1 1
   C Ə M İ : 75 58 26nəfər (35%) 8 7
          
           Xocalı rayon Kosalar kənd tam orta  məktəbin məzunu  Nəsibova Əfsanə Elçin qızı  578 balla  Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə, Xocalı şəhər 3 saylı  tam orta məktəbin məzunu Cəfərov Saleh Taryel oğlu 463 balla Azərbaycan  Dillər Universitetinin  jurnalistika  fakültəsinə,  Nəcəfova Günay Tapdıq qızı 464 balla Azərbaycan Dövlət  Pedaqoji Universitetinin dil-ədəbiyyat fakültəsinə,  Xocalı şəhər 2 saylı tam orta məktəbin məzunu  Abdullazadə  Şəfiqə Əli qızı  445 balla Bakı Dövlət Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə, Həsənəliyeva  Şahnaz  Ədalət qızı 407 balla  İqtisad Universitetinin maliyyə işi fakultəsinə qəbul olmuşlar.
   Bütün  çətinliklərə  baxmayaraq  məktəblərimizin  pedaqoji  kollektivləri,  eləcə də RTŞ-nin idarə aparatı kollektivi , rayon İcra Hakimiyyətinin , Təhsil Nazirliyinin və yerlərdə İcra nümayəndələrinin  yaxından   köməkliyi və qayğısı ilə üzərlərinə  düşən  vəzifələrin öhdəsindən  layiqincə  gəlmiş,  gənc nəslin  təlim-tərbiyəsində  öz  qüvvələrini  əsirgəməmişlər.
      Yerli yaşayış məntəqələrindən uzaqda yerləşən ərazilərdə məskunlaşmış az sayda olan Xocalı köçkün ailələrinin məktəbyaşlı uşaqlarının, eləcə də zəruri ehtiyacın çox olduğu yerlərdə məktəbyaşlı uşaqların təhsilə cəlbi üçün Xocalı rayon İcra Hakimiyyəti Başçısının köməkliyi ilə  müvafiq təhsil şəraiti yaradılmışdır. Belə ki, Bərdə şəhəri peşə liseyinin yataqxanasında məskunlaşmış ibtidai sinif yaşlı  Xocalı uşaqlarının təhsilə cəlb olunması üçün Kosalar kənd ibtidai məktəbi Bərdə şəhərinə köçürülmüşdür. Şəki rayonu “ Muradbulağı” yaşayış məntəqəsində Xocalı şəhər 3 saylı tam orta məktəbin filialı, Oğuz rayonu keçmiş Pioner düşərgəsi ərazisində Qaragav kənd tam orta məktəbin filialının fəaliyyəti nəticəsində bu ərazilərdə olan uşaqlar təhsilə cəlb olunmuşlar.
Bütün  dərs  ilində  məktəblərimiz  bina  şəraiti və  tədris  üçün  lazım olan  ilkin avadanlıqlarla  (parta, yazı taxtası, müəllim stolu və stulları, kitab rəfləri, dərsliklər və s.) əsasən təmin olunmuşlar. Məktəblərimizdə olan dərslik  fondunun  və  2012-ci ildə Təhsil  Nazirliyindən  alınan  64 adda 2286 ədəd  dərsliyin hesabına  I –XI sinif  şagirdlərimizin  pulsuz  dərsliklərlə təminatı 100% olmuşdur.  Ötən dərs ilində  I-V siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz  təlim kurslarında  iştirak  etmişlər.  I-V siniflərdə  dərslər  yeni  tərtib olunmuş  fənn kurikulumları  əsasında   tədris  olunmuşdur.  Təhsil sahəsində  yeni  fənn kurikulumlarının  tətbiqi  təhsilin  məzmununda  köklü  dəyişikliklər  yaratmaqdadır. Yeni tədris  ilində  respublikanın  təhsil müəssisələrində  olduğu kimi rayonumuzun  təhsil müəssisələrində də I-VI siniflər üzrə dərslər  yeni  fənn kurikulumları  əsasında  tədris  olunacaqdır.  2013-2014-cü  dərs ilində  VI siniflərdə  dərs deyəcək  müəllimlərimiz  10 günlük  təlim  kurslarında  iştirak  etmişlər.  Uzun illər  məktəblərimizdə  bədii ədəbiyyata  olan  ehtiyac  2005-2008-ci  illərdə  Ölkə Başçısı İlham Əliyev  cənablarının  tapşırığı  nəticəsində  tam ödənilmişdir.    Lakin məktəblərimizdə kifayət qədər bədii ədəbiyyat  olduğu halda  məktəblərimizin  bəzilərində  kitabxana  işinin təşkili heç də  yaxşı  vəziyyətdə  deyil. Yeni tədris ilində məktəb kitabxanalarında dərsliklərin qorunması və oxu işinin  təşkili diqqət mərkəzində  saxlanılmalıdır.
2012-2013-cü  dərs ilində   Təhsil  Nazirinin  əmrinə  uyğun  olaraq  Xocalı  şəhər 1 saylı, 4 saylı , Yaloba , Meşəli  kənd tam  orta  məktəblərin  II və III siniflərində  pilot  olaraq  şahmat  fənninin  tədrisinə  başlanılmışdır.  Yeni dərs  ilində isə yuxarıda adları göstərilən məktəblərin II,III,IV siniflərində, eləcə də  Kosalar və Başkənd kənd  tam  orta  məktəblərinin II siniflərində  şahmat  fəninin  tədrisi  təşkil  olunacaqdır.
15 sentyabr 2012-ci il tarixdə  məktəblərimizin  I sinif şagirdlərinə H.Əliyev Fondu tərəfindən  verilən məktəbli  çanta dəstləri və məktəbli kostyumları  paylanmışdır. 
Yerli büdcə vəsaiti  hesabına  tələbata  uyğun olaraq  lazımi  inventar, avadanlıqlar, odun yanacağı, elektrik sobaları və s. alınaraq  məktəblərə  çatdırılmış, 2012-ci ilin  yay dövründə  4500 manatlıq  cari təmir  xərci  hesabına   rayonun təhsil müəssisələrinin hamısında təmir  işləri  aparılmışdır.
2012-ci ildə yerli büdcə vəsaiti hesabına  fizika və kimya laboratoriya avadanlıqlarının  bir hissəsi  alınaraq  Xocalı şəhər  1 saylı və 4 saylı  tam orta məktəblərinə  verilmişdir. Göstərilən məktəblərin  fizika və kimya müəllimləri  bu avadanlıqlardan  tədrisdə  istifadə  edirlər. Gələcəkdə  büdcə xərcləri  daxilində  çatışmayan digər avadanlıqların  alınıb  məktəblərə verilməsi  nəzərdə  tutulmuşdur.
Bildiyimiz  kimi  Azərbaycan  Respublikası  Prezidentinin Sərəncamı ilə  2012-ci il ölkəmizdə “İnformasiya kommunikasiya texnologiyaları ili” elan olunmuşdur.  İl  çərçivəsində məktəblilər  arasında “Mənim kompüter sahəsindəki bilgilərim” devizi  altında  müsabiqə  keçirilmişdir. Təhsil  Nazirinin  əmrinə  uyğun  olaraq  “Bir  şagird- bir kompüter” layihəsində  iştirak  etmək  üçün  vaxtında  məktəblərə  ətraflı  məlumat  verilmişdir.  Rayonun ümumtəhsil  məktəblərində  informatika  fənnindən  açıq  dərslər  təşkil olunmuşdur . Xocalı  rayon Ə.Cavadov  adına  Cəmilli  kənd  tam orta  məktəbində  informatika  fənnindən  təşkil  olunmuş  açıq  dərsdə bir neçə məktəbin fənn müəllimləri, rayon  İcra  Hakimiyyəti  Başçısının  müavini  Göyüş  Həsənov və bu şöbənin baş məsləhətçisi Aynurə Abışova  iştirak  etmişlər.
Xocalı şəhər 1 saylı  tam orta məktəbin  komandası  “Şahin” hərbi idman oyunlarının  zona  mərhələsində , Xocalı şəhər 4 saylı  tam orta məktəbin  komandası  “Cəsurlar” yarışının zona  mərhələsində  fəal iştirak  etmişlər. Xocalı  şəhər 4 saylı tam orta  məktəbin  “Cəsurlar”komandası  zona  yarışında   III yerə  layiq  görülmüşdür. İl çərçivəsində  rayonumuzun məktəbliləri  bir  sıra idman yarışlarında  fəallıq  göstərmişlər.  Bu işdə Xocalı rayon Gənclər və İdman  İdarəsinin  gördüyü  işlər  xüsusilə  təqdirə  layiqdir.
“Xüsusi istedada malik uşaqların (gənclərin ) yaradıcılıq potensialının  inkişafı ” haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 17 aprel 2006-cı il tarixli  1414 saylı sərəncamına  uyğun olaraq  RTŞ-də istedadlı uşaqların  istedad bankı yaradılmış, həmin uşaqların  üzə  çıxarılması və istedadlarının  inkişafı istiqamətində  mühüm tədbirlər  həyata  keçirilmişdir.
Rayonun  ümumtəhsil  məktəblərinin  şagirdləri fənn olimpiadalarının  rayon və respublika  turunda  iştirak  etmişlər. Ötən dərs ilində 2 nəfər şagirdimiz- Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdi Həsənli Fidan Mehdi qızı, Başkənd kənd tam orta məktəbin şagirdi Hümbətova Çinarə Fəxri qızı  olimpiadaların respublika  turuna vəsiqə  qazanmış  və iştirak etmişlər.
Bütün tarixi günlər, əlamətdar bayramlar  məktəblərimizdə  geniş  şəkildə  keçirilmişdir. 
Azərbaycan  Respublikası Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş tədbirlər planına  uyğun olaraq görkəmli yazıçı və şairlərin yubileyləri geniş şəkildə qeyd edilmişdir.
     Rayonun  ümumtəhsil  məktəblərinin  şagirdləri  arasında “Nizami hikmətinin  işığında” mövzusunda  inşa  müsabiqəsinin  məktəb,  rayon  mərhələsi  keçirilmişdir. 06 noyabr  2012-ci  il  tarixdə  Goranboy  rayonu  Aşağı  Ağcakənd  qəsəbəsində  rayon İcra Hakimiyyətinin təşkilatçılığı Nizami  Gəncəvinin  870 illik  yubileyinə  həsr  olunmuş  elmi-praktik   konfrans  keçirilmişdir.22  noyabr 2012-ci il tarixdə  rayonun VII-XI sinif  şagirdləri arasında N.Gəncəvinin 870 illik  yubileyi  münasibətilə  şeir  müsabiqəsi  keçirilmiş, rayonun məktəb  şagirdlərinin N.Gəncəvinin  məqbərəsinə  ekskursiyaları  təşkil olunmuşdur.
M.Ə.Sabirin 150 illik  yubileyi  münasibətilə rayonun ümumtəhsil  məktəblərinin  şagirdləri  arasında “Böyük Azərbaycan şairi M.Ə.Sabir haqqında  düşüncələrim” mövzusunda inşa  müsabiqəsinin  məktəb və rayon  mərhələsi  keçirilmiş, rayon mərhələsinin  qalibi Səlimov Fərid Fərhad oğlunun inşa yazısı Təhsil  Nazirliyinə təqdim olunmuş və həvəsləndirici yerə layiq   görülmüşdür.
30 may 2013-cü il  tarixdə  rayonun 9 tam orta  məktəbinin  şagirdləri arasında  “İnsan hüquqlarını qoruyaq” devizi altında asfalt  üzərində  rəsm müsabiqəsi  keçirilmişdir.
21 sentyabr “Beynəlxalq sülh günü” münasibəti  sülh aylığı çərçivəsində Xocalı rayonunun  prokuroru  və prokurorluğun   əməkdaşları  dəfələrlə  müəllim və şagirdlər qarşısında  maarifləndirici   məruzələr  etmişlər.
14 iyun 2013-cü il tarixdə “İnsan  hüquqları aylığı” çərçivəsində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 5 məktəbin  şagirdləri arasında  “kross” yarışı keçirilmişdir.
Azərbaycan  Respublikası Təhsil Nazirliyi və  Fövqaladə  Hallar  Nazirliyinin  birgə tədbirlər  planına uyğun  olaraq Xocalı  şəhər 4 saylı tam orta  məktəbin komandası  “Gənc xilasedici  və  yanğınsöndürən ” yarışının Yevlax şəhərində keçirilən zona  mərhələsində    fəal    iştirak  etmişdir. Bu yarışa  hazırlıqda  Fövqaladə  Hallar  Nazirliyinin  Xocalı  rayon  şöbəsinin  əməkdaşları  bizə yaxından köməklik  etmişdir. Komandanın hazırlanmasında  Xocalı  şəhər 4 saylı  tam orta məktəbin Gənclərin çağırışaqədərki  hazırlıq  rəhbəri  Quliyev  Firuz  Yunis oğlu fəallıq göstərmişdir.
Xocalı rayon  Gənclər və  İdman  İdarəsinin  təşkilatçılığı  ilə 2012-ci ilin və 2013-cü ilin yay dövründə  bir qrup şagirdin Şəki , Nabran və  Göy-göl rayonlarında  yay istirahətləri  təşkil olunmuşdur.
Ümumilli  lider  H.Əliyevin  anadan  olmasının 90 illik yubileyi  münasibətilə  rayonun  ümumtəhsil məktəblərinin   şagirdləri  arasında  inşa yazı  müsabiqəsi  keçirilmişdir.  İnşa müsabiqəsinin  Respublika mərhələsində  iştirak edən Xocalı şəhər 4 saylı tam  orta  məktəbinin  VIII sinif şagirdi  Bəhramlı İradə Fəxri qızı  III yerə  layiq görülmüşdür.
2013-cü  ilin  may ayında  Təhsil Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında  futbol və şən startlar  idman yarışı  keçirilmişdir.
         Təhsil  Nazirliyinin  və  Həmkarlar  İttifaqları  Konfederasiyasının   birgə tədbirlər  planına  uyğun olaraq ulu öndərin  yubileyi münasibətilə müəllimlər  arasında  şahmat  yarışı  keçirilmiş, rayon  mərhələsinin qalibi Hümbətov Elsevər Ağamir oğlu respublika  turunda  iştirak  etmişdir.                
Son illərdə   Ölkə  Başçısının  sərəncamı  ilə  minimum aylıq  əmək  haqqının və  təhsil  işçilərinin  əmək haqlarının artırılması  rayon  təhsil  işçiləri  tərəfindən  Ölkə  Başçısının təhsil  işçilərinə  diqqət  və qayğısının  təzahürü  kimi  dəyərləndirilmişdir.
Qarşıdan   yeni  2013-2014-cü  dərs  ili  gəlir. Xüsusi istedada malik  uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün Xocalı RTŞ-nin 22 iyul 2013-cü il tarixli əmri ilə komissiya yaradılmışdır. Rayonun məktəbləri  respublikanın  7 bölgəsində fəaliyyət göstərdiyi üçün  komissiya üzvləri səyyari şəkildə uşaqların bilik yoxlanılmasını təşkil etmişdir. Komissiyaya 27 valideynin ərizəsi daxil olmuş, biliyi yoxlanılan uşaqlardan 23 nəfərinin I sinfə qəbulu barədə qərar qəbul olunmuş və müvafiq qaydada rəsmləşdirilmişdir.
Yeni  dərs  ilinə  hazırlıqla  əlaqədar  Təhsil  Nazirliyinin  Maddi-texniki Təchizat  İdarəsindən məktəb  sənədləri  alınmışdır. Məktəblərdəki  dərslik  fondunun  və bu il  Təhsil  Nazirliyindən  alınmış  31 adda 2022 ədəd  dərsliyin  hesabına  I-XI sinif  şagirdlərimizin  hamısı  100% pulsuz  dərsliklərlə  təmin  olunacaqdır. 2013-2014-cü  dərs  ilində  I-V siniflərlə  bərabər  VI siniflərimizdə də dərslər  yeni  fənn  kurikulumları  əsasında  tədris  olunacaqdır. 2013-2014-cü   dərs ilində VI siniflərdə dərs  deyəcək  müəllimlərimiz  təlim  kurslarından  keçmişlər.
I sinif  şagirdləri  üçün  H.Əliyev  Fondunun  verdiyi  məktəbli çanta dəstləri və I-IV sinif  şagirdləri  üçün  Dövlət  Qaçqınkomun  verdiyi  məktəbli kostyumları  məktəblərə  çatdırılmış və 16 sentyabr 2013-cü il tarixdə  şagirdlərə  paylanacaqdır.
Yeni  dərs ilinə  hazırlıqla  bağlı  yerli  büdcə  vəsaiti  hesabına rayonun məktəblərinin hamısında  5000 manatlıq  cari  təmir  işləri  görülmüşdür.                                               
Məktəblərimizin  hamısında  yeni  dərs  ilinə  hazırlıqla  əlaqədar  müvafiq  tədbirlər  həyata  keçirilmiş və yeni  dərs ilinə  hazırlıq  işləri  başa  çatdırılmışdır.
Qarşıdan  yeni 2013-2014-cü tədris  ili  gəlir. Bu il  ümumtəhsil  məktəblərimizdə  fəal  təlim  metodlarının  tətbiqi  üzrə  səmərəli  iş  sistemi  yaradılmalı, bu sahədə  respublikada  toplanmış təcrübə  öyrənilməli,  fəal  təlim  metodları  ilə  fəaliyyətin  hər  bir  müəllim  tərəfindən   əsas  vəzifə,  normativ  kimi  qəbul edilməsinə  nail  olunmalıdır.
Bu il oktyabrın 9-da ölkəmiz üçün  taleyüklü  məsələ-prezident seçkiləri keçiriləcəkdir. Xalqımızın 1993-cü ildən  sonrakı seçimlərində yanılmadıqları göz qabağındadır.  Rayonumuzun təhsil işçiləri də ziyalı olaraq  oktyabrın 9-da öz vətəndaşlıq borcunu  yerinə yetirməlidirlər.
Ölkəmizdə  aparılan  uğurlu və məqsədyönlü  siyasət  nəticəsində  son  illərdə  Azərbaycan  təhsilində, eləcə də Xocalı təhsilində  nəzərəçarpan  irəliləyişlər  olmuşdur. Biz  Xocalı  rayonunun  təhsil  işçiləri  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyini, Xocalı rayon  İcra  Hakimiyyətinin  Başçısını və  eləcə də ictimaiyyətimizi  əmin  edirik ki,  rayonumuzun  təhsil  işçiləri  bundan  sonra da heç bir  çətinlikdən  qorxmadan  gerilikləri , nöqsanları  vaxtında  aradan  qaldıracaq, öz işlərimizi  günün tələbləri  səviyyəsində, gənc  nəslin təlim-tərbiyəsi  işini  müstəqil  respublikamızın  inkişafına  uyğun  şəkildə , təhsilimizin  himyədarı  olmuş ümummilli liderimiz  H.Əliyevin  ideyalarına  uyğun  şəkildə  quracaq, yeni dərs ilində  qarşıya  qoyulan  vəzifələr  diqqətlə  həyata  keçiriləcəkdir.

 


 

Keçidlər