Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr Bilik Günü.

15 sentyabr 2013 | 15:00

15 sentyabr Bilik Günü.

16 sentyabr 2013-cü il  rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov və Milli Məclisin üzvü Elman Məmmədov  Goranboy rayon ərazisində yerləşən Xocalı rayon tam orta məktəblərində 15 sentyabr Bilik günü münasibəti ilə  keçirilən tədbirlərdə iştirak etmişdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov   rayonun bütün təhsil işçilərini Bilik günü münasibətilə təbrik etmişdir. Rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan  26 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran rayon rəhbəri,  bu ənənənin yeni tədris ilində də davamlı olmağını arzulamışdır.
Eyni zamanda işğal altında  olan torpaqlarımızın ölkə Prezidenti,  Ali  Baş  Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə tezliklə  işğaldan azad olunacağına əminliyini ifadə edən rayon rəhbəri  növbəti Bilik gününü öz doğma  yurdumuzda  qarşılanmasını  arzulamışdır.
Milli Məclisin üzvü  Elman Məmmədovda öz növbəsində şagirdləri və bütün təhsil işçilərini  yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etmiş. Tədbirdə Cənab Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısından  danışan Elman Məmmədov republikamızda  yeni-yeni işaa edilən təhsil ocaqlarının istifadəyə verilməsindən və Goranboy rayon ərazisində yerləşən Xocalı rayon  sakinləri üçündə yeni standartlara cavab verən 5 tam orta məktəbin tikilib istifadəyə verməsindən danışdı.  E.Məmmədov nitqinin sonunda qeyd etdi ki, bütün Xocalılar Cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasətini daim dəstəkləyir və onun ətrafında sıx birləşir.


 

Keçidlər