İlham Əliyevin namizədliyi Xocalı seçiciləri tərəfindən yekdilliklə dəstəklənir
İlham Əliyevin namizədliyi Xocalı seçiciləri
tərəfindən yekdilliklə dəstəklənir.
Prezident seçkiləri ilə əlaqədar Yap Xocalı rayon təşkilatının seçki qərargahı növbəti möhtəşəm tədbirini 4 oktyabr 2013-cü ildə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən “Heydər Əliyev” parkında keçirmişdir.
Tədbirdə Yap Xocalı rayon təşkilatının Seçki Qərargahının üzvləri və Millət Vəkili Elman Məmmədov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Yap Xocalı rayon təşkilatının sədri,Yap Xocalı rayon Seçki Qərargahının sədri Vahid Əliyev açaraq qeyd etdi ki, Cənab İlham Əliyevin təbliğatı çərçivəsində indiyədək keçirilən bütün görüşlər seçicilərimizin böyük ruh yüksəkliyi və yüksək siyasi fəallığı şəraitində həyata keçirilir.Bütün tədbirlərdə seçicilərin mütləq əksəriyyəti Cənab İlham Əliyevi dəstəkləyərək, Ona səs verəcəklərinə əmin olduqlarını bildirirlər.
Görüşdə Millət Vəkili E.Məmmədov da çıxış edərək qeyd etdi ki, Cənab İlham Əliyevin mütəmadi olaraq regionlara səfərləri ictimaiyyət tərəfindən müsbət əhval ruhiyyə ilə qarşılanır.
Son çıxışda Yap Xocalı rayon təşkilatının sədri V.Əliyev Ulu öndər Heydər Əliyevin başladığı, Cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsində biz bugün rahat və firavan şəraitdə yaşaya bildiyimizi görüş iştirakçılarına böyük qürür hissi ilə bəyan etdi.Bu isalhatlar isə Azərbaycan vətəndaşı, Xalq üçün edilir.
Çıxışlarda bir fikir dönə-dönə vurğulandı- işğal olunmuş torpaqlarımız tez bir zamanda azad ediləcək, bundan daha böyük görüşləri Qarabağ torpaqlarında birlikdə qeyd edəcəyik.Ölkəsini, dövlətini düşünənlər 9 oktyabrda qüdrətli Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcək.