Xocalılar Dövlət Bayrağı Gününü qeyd etmişdirlər.
Dövlət Bayrağı Günü münasibətilə noyabrın 8-də Xocalıların sıx məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakən qəsəbəsində ümumrayon bayram tədbiri keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri Aşağı Ağcakənd qəsəbəsində Heydər Əliyev parkında ümummilli liderin ucaldılmış büstü önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Xocalı rayon Mədəniyyət evində keçirilən bayram tədbirində rayon İcra Hakimiyyətinin Başçısı Ş.Ş.Usubov öncə rayon ictimaiyyətini bayram münasibəti ilə təbrik etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə qeyd edildi ki, üçrəngli, ayulduzlu bayrağımız müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdən söhbət açaraq, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixini Dövlət Bayrağı Günü kimi təsis edilməsini qeyd edərək, dövlət başçısı tərəfindən atılan bu addımı özlüyündə bir ölkə rəhbərinin öz xalqının tarixi keçmişi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsi kimi qiymətləndirdi.
Çıxışlarının sonunda rayon sakinlərini Bayram günü münasibəti ilə təbrik edərək, yaxın günlərdə Bayrağımızın Qarabağda qürurla dalğalanmasını arzu etdilər.
Tədbir, vətənpərvərlik ruhunda şeirlərlə və konsert proqramı ilə başa çatdı.