Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR ANILDI.

13 dekabr 2013 | 16:00

   12.12.2013-cü il tarixdə Xocalıların sıx məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edildi.

   Xocalı  rayon ictimaiyyəti Aşağı Ağcakənd qəsəbəsində "Heydər Parkı"nda Ümummilli liderin ucaldılmış büstünü ziyarət etmiş, büstün önünə tər gül dəstələri düzmüşdürlər. Ziyarətdən sonra Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər haqqında fikirlər söylənildi və Ulu öndərin görüşdüyü Xocalı rayon sakinləri öz xatirələrini mərasim iştirakçıları ilə bölüşdü.  Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  300 nəfərlik ehsan süfrəsi açıldı.

Keçidlər