Şriftin ölçüsü :

Saytın rəngi :

" GƏNCLƏR BİZİM GƏLƏCƏYİMİZDİR ".

05 fevral 2014 | 16:00

 
  " GƏNCLƏR  BİZİM  GƏLƏCƏYİMİZDİR ".


4 fevral 2014-cü il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində  “2 fevral Gənclər günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.Tədbirdə rayon ictimaiyyəti, idarə və müəssisə nümayəndələri iştirak etmişdirlər.
Tədbir iştirakçıları əvvəlcə  Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.  Daha sonra tədbir rayon  Mədəniyyət  evində  davam etdirilmişdir.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan gənclərinə göstərdikləri diqqət və qayğısından, həmçinin gənclərlə bağlı uğurlu siyasətnindən söhbət açdılar.
Daha sonra tədbirdə rəngarəng mahnılar, şeirlər ifa edildi, səhnəciklər nümayiş olundu. Rayonun ictimai həyatında fərqlənən yeniyetmə və gənclərə    fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər