Şriftin ölçüsü :

Saytın rəngi :

2013-cü il sosial-iqtisadi inkişafın yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat.

09 fevral 2014 | 16:00

2013-cü il sosial-iqtisadi inkişafın  yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat.


     08 fevral 2014-cü il tarixdə  Xocalı rayonunun 2013-cü ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş şura iclası keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev,  Milli Məclisin deputatı Elman Məmmədov,  rayonun idarə,  müəssisə və təşkilat rəhbərləri,  icra nümayəndələri,  ziyalılar iştirak etmişlər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin büstü  önünə gül dəstələri düzmüşlər.
Daha sonra tədbir Xocalı rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyətinin  Başçısı Şahmar Usubov  ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat vermiş, həmçinin 2013-cü il ərzində rayonda  görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır.
     Tədbirdə çıxış edənlər ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətindən, həmçinin rayonda görülmüş işlərdən və qarşıda duran məsələlərdən  söhbət açmışdırlar.
     Sonda  iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər