Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD ŞƏHƏR .

26 fevral 2014 | 16:00

            

     
Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığl ilə “ Xocalı Faciəsi”nin 22-ci ildönümü ilə əlaqədar 26 fevral 2014-cü il tarixdə ümumrayon hüzn mərasimi keçirilmişdir. Mərasim ilk öncə Goranboy şəhər Yeni Yaşayış massivində və Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalı Faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət etməklə başlamışdır. Daha sonra mərasim Aşağı Ağcakənd qəsəbəsində ehsan süfrəsi ilə davam etdirilmişdir.   Əvvəlcə mərasim iştirakçıları Xocalı Faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişdirlər.  Çıxış edənlər   erməni qəsbkarlarının və   366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə  1992-ci il fevralın 25-dən    26-na keçən gecə Xocalı şəhərini yerlə-yeksan etmələrindən, dinc əhaliyə qarşı törətdikləri qırğın və qətliamdan ürək ağrısı ilə danışmışlar. Eyni zamanda Xocalı Faciəsinə Beynəlxalq hüquqi qiymət verilməsini,  Xocalı  Soyqırımının dünya miqyasında qəbul edilməsini,  həmçinin Xocalı Faciəsi qurbanlarının  qanının yerdə qalmayacağını, düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini bildirmişlər.  Mərasimin sonunda xocalı şəhər 4 saylı tam orta məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış etmişlər.

 

Keçidlər