8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid ailələləri ilə görüş keçirildi.
08 mart 2024 | 12:03
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocalı rayon Komitəsinin sədri Yaşar Salahov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsinin sədri İsmayıl Hacıyev və digər şəxslər rayonumuzda olan şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladları ilə görüşüb.
Lamiyə Qarayeva görüşlərdə bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. O, şəhidlərimiz kimi, onların anaları, xanımları və övladlarının da bizim üçün çox qiymətli olduğunu qeyd edib. Ölkəmizdə qadınlara yaradılan şəraitdən danışan Lamiyə Qarayeva bildirib ki, bu gün ölkəmizin bütün sahələrində qadınlarımızın fəallığının daha da artması cənab Prezidentimizin yürütdüyü siyasət, Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın qadınlara hər zaman verdiyi böyük dəstəklə birbaşa bağlıdır.
Sonda şəhid anaları, şəhid xanımları, şəhidlərin qız övladlarına bayram hədiyyələri təqdim edilib və onlarla birgə xatirə şəkilləri çəkdirilib.